Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri - Böyük Vedi

Bakı, 6 oktyabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Böyük Vedi

Böyük Vedi Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, İrəvan şəhərindən 49 kilometr aralıda, Vedi çayının kənarında yerləşən qəsəbədir. Vedibasar mahalının və Vedi rayonunun inzibati mərkəzi İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin Vedi rayonu ərazisindəki Şirazlı stansiyasından 7 kilometrlik məsafədə yerləşirdi.

1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar (15 nəfərdən ibarət 2 erməni ailəsi istisna olmaqla) yaşayıb. 1828-ci ildə kəndə həm də ermənilər köçürülüb. 1988-ci ilədək kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olub. Sonra kənd tamamilə erməniləşdirilib.

Böyük Vedi kəndinin nə vaxtdan salındığı barədə dəqiq məlumat yoxdur. Yazılı mənbələrdə bu ada ilk dəfə 1514-cü il hadisələri ilə bağlı “Sultan Səlimin səfər ruznaməsi”ndə rast gəlinir.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Vedi nahiyəsinin Böyük Vedi kəndi, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə həmin nahiyə Vedi kəndi şəklində qeyd edilib. İkinci dəftərdə kənddən dövlətin müxtəlif vergilər şəklində il ərzində 22 min ağça gəlir götürdüyü göstərilib. 1728-ci ilə aid türk mənbələrində Böyük Vedi - Kiçik Vedi toponimləri Vadi Kəbir və Vadi Saqir kimi yazıya alınıb.

İvan Şopenin 1832-ci ilə aid məlumatlarında kəndin adı Vedi-Uliya (“uliya” ərəbcə “yuxarı” anlamındadır) kimi göstərilib, kənddə 131 ailədə 799 azərbaycanlı (441 kişi, 358 qadın) və cəmi 2 ailədə 15 erməninin (9 kişi, 6 qadın) yaşadığı qeyd olunub. Həmin 15 nəfər İrəvan xanlığının Rusiya tərəfindən işğalına qədər Vedibasar mahalının bütün ərazisində yaşayan yeganə ermənilər idilər. Türkmənçay müqaviləsindən sonra isə bölgəyə İrandan erməni ailələri köçürülməyə başlanıldı. Buna görə də 1832-ci ilin məlumatına görə, Böyük Vedidə həm də artıq 98 ailədə 430 nəfər (220 kişi, 210 qadın) erməni qeydə alınıb. Sonrakı illərin (1873, 1886 və s.) statistik məlumatlarında kənddə heç bir erməninin qeydə alınmaması söyləməyə əsas verir ki, yerli əhali həmin erməni ailələrinin tezliklə kənddən çıxarılmalarına, başqa kəndlərdə məskunlaşdırılmalarına nail ola biliblər.

Kəndin adının ərəbcə “vadi” sözündən əmələ gəlməsi ehtimal olunur. Əgər “vadi” sözü “iki dağ arasında böyük, uzun çuxur, düzən” mənasını verirsə, mahalın coğrafi mövqeyi onun Vedi (Vadi) adına tamamilə uyğun gəlir. Kənd həqiqətən də tarixən İrəvan çuxuru adlanan böyük vadinin Vedi çuxuru adlanan kiçik vadi hissəsində yerləşirdi. Lakin Şimali Qafqazda XIX əsrdə Vedena əyalətinin, Kutaisi quberniyasının Leçxum qəzasında isə Vedi kəndinin mövcudluğu və s. bu kimi ciddi faktlar bu ehtimalı bir qədər şübhə altına alır.

Bəzi ehtimallara görə isə Vedi adı uti//eti tayfa adının əvvəlinə türk dillərinə xas olaraq v səsinin artırılması ilə yaranan addır. Yəni qədim uti//udi tayfalarının yaşadığı ərazi... Urartu mənbələrində Göyçə gölünün cənubundakı Qərbi Azərbaycan torpaqlarının ümumi adının Etiuni, yəni Eti ölkəsi adlanması da xeyli ciddi faktdır.

1873-cü ildə Böyük Vedi kəndində 241 ailədə 1743 nəfər (890 kişi, 853 qadın) azərbaycanlı yaşayıb.

1886-cı ildə isə kəndin azərbaycanlı əhalisi 286 təsərrüfatda 2110 nəfər (1133 kişi, 977 qadın) olub ki, onlardan 360 nəfərini (186 kişi, 174 qadın) Vedi bəylərinin ailə üzvləri təşkil edib. Kəndin iqtisadiyyatının əsasında əkinçilik və heyvandarlıq dayanıb.

Böyük Vedi kəndinin Əyricə yaylağında Yalyurd, Qaragölyurd, Daşlı-Güneyyurd, Güneyyurd, Aylıyurd, Alagözdağ yurdu, Qaraçıyurd (Topdaş), Dərəyurd, Düzyurd, Sultanyurd adlı yurdları olub.

Məşhur Şadlı bəylərindən Bala Sultana məxsus olan Sultanyurdda camaat Sultan bulağı və Buzovlu bulağı başında yurd salardı. Bulaqların suyu Əyriçaya tökülər, oradan da Göyçə gölünə axardı.

Kəndin Ağsu-ağıl deyilən yerdə 750 desyatin, Talasovan-ağıl deyilən yerdə 350 desyatin, Qaş-ağıl (Qaraquzey) deyilən yerdə 425 desyatin qışlaqları olub. Bundan əlavə, kənd camaatının Böyük Vedi yaxınlığındakı Ağsu-ağıl adlanan ərazidə 40 desyatin otlaq yeri də olub və üstəlik, adamlar Şadlinski bəylərinin kəndin yaxınlığındakı torpaqlarından hər qış mövsümü 230 rubla olmaqla qış otlaq sahəsi icarəyə götürürmüşlər.

1905-ci ildə kənddə 2387 nəfər, 1914-cü ildə 246 nəfər azərbaycanlı yaşayıb.

1917-ci ildə Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Vedibasar Komitəsi adlı Milli Hökumət və onun silahlı qüvvələri - “Mübariz dəstə” məhz Böyük Vedidə yaradılıb və buradakı ikimərtəbəli rus-tatar məktəb binasının bir hissəsində yerləşdirilib.

1920-ci ilin yayında süqut edən Böyük Vedi həmin ilin sonlarında Abbasqulu bəy Şadlinskinin “Qırmızı tabor”u tərəfindən erməni işğalçılarından azad edilib, Qərbi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kənd camaatı qaçqınlıqdan yavaş-yavaş geri - doğma yurd-yuvasına qayıtmağa başlayıb.

Erməni daşnaklarına qarşı qəhrəmanlıqla döyüşənlər sırasında Abbasqulu bəy Şadlinski, Xəlil Mehdiyev, Abbas Əjdərov, Müseyib Əhmədov, Muxtar İbrahimov məhz Böyük Vedidən olublar.

Sovet hakimiyyətinin ilk illərində mühacirlikdən geri qayıdan azərbaycanlı əhalinin sayı 1504 nəfər olub. Lakin bu vaxt “sovet Ermənistanı“nın erməni rəhbərliyi bütün strateji məntəqələr kimi, Böyük Vedi kəndində də xaricdən gələn çoxlu erməni yerləşdirməyə çalışırdı. 1922-ci ildə Böyük Vedidə belə ermənilərin sayı artıq 453 nəfərə çatdırılmışdı.

1926-cı ildə kənddə 1545 nəfər azərbaycanlı, 261 nəfər erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 nəfər erməni yaşayırdı.

1930-cu il sentyabrın 9-da keçmiş Vedibasar mahalının Vedi nahiyəsinin ərazisində Vedi rayonu təşkil edilib, Böyük Vedi də rəsmi olaraq bu rayonun inzibati mərkəzi seçilib.

1946-cı il aprelin 4-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Böyük Vedi kəndinin adı dəyişdirilərək Vedi kəndi qoyulub.

1948-1953-cü illər köçürülməsi zamanı Vedi rayonundan birincilər sırasında köçürülməsi nəzərdə tutulan kəndlərdən biri də Böyük Vedi olub. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi bütünlüklə Azərbaycana köçürülüb. Maraqlıdır ki, bu camaatın bir yerə köçürülməsinə məqsədli şəkildə mane olublar, camaatı Beyləqan, İmişli, Bərdə, Şəmkir və başqa rayonlara yerləşdiriblər.

İ.Stalinin ölümündən sonra kənd əhalisinin bir hissəsi - 122 ev geri qayıda bilib. Lakin ermənilərin düşünülmüş siyasəti nəticəsində onlar tədricən çıxarılıb, 1968-ci ildə kənddə cəmi 45 ev azərbaycanlı qalıb.

1963-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilib. 1988-ci ildə Böyük Vedi qəsəbəsi əhalisinin sayı 10 min nəfərə yaxın idi. Qəsəbədə cəmi 40 təsərrüfat azərbaycanlı yaşayırdı. Həmin il Böyük Vedi azərbaycanlılarının başı üstünü yeni təhlükə aldı, erməni millətçiləri onları bu dəfə açıq-aşkar zorakılıqla öz doğma yurd-yuvalarından qovub-çıxardılar.

X  X  X

Böyük Vedi qəsəbəsinin mərkəzində diametri 1000 metr olan iri bir təpə vardı, adına Qalabürc deyərdilər. Əsrin əvvəllərində buradakı qala hələ dururmuş. Oradan baxanda Böyük Vedinin bütün evləri, məhəllələri ovuc içi kimi görünürmüş. Qalaça enli və uca palçıq divarla əhatə edilmiş və üç tərəfdən giriş-çıxış qoyulmuşdu. 1918-1920-ci illərdə Abbasqulu bəy Şadlinski erməni daşnaklarına qarşı ən ağır döyüşləri buradan idarə edib. Vedi uğrunda sonuncu döyüşü də o, buradan idarə edib, qeyri-bərabər döyüşdə hərbi sursatın tükəndiyini görüb, Vedini müvəqqəti tərk etməyə məcbur olub, üçillik qəhrəman mübarizədən sonra Şərura doğru geri çəkilib. Qala da elə o vaxt uçulub-dağıdılaraq təpə əmələ gətirib.

Böyük Vedi qəsəbəsinin şimal qurtaracağındakı sarı torpaqlı təpə Sarıdolama adlanırdı. Burada qədim Sarıdolama qəbiristanlığı yerləşirdi. Bu təpənin başı üstündə uzanıb dövrə vuran silsilə qayalıqlara Gavur qalası deyilirdi. Bura təbii istehkam idi. 1918-1920-ci illərdə Böyük Vedi kəndi daşnakların hücumlarına məruz qalanda Abbasqulu bəyin başçılıq etdiyi Vedibasar özünümüdafiə qüvvələri dəfələrlə burada düşməni darmadağın etmişdi.

Narıncı rəngə çalan Gavurqala qayalıqlarındakı böyük meydanın bir tərəfində qaralan kaha ağzı vardı. Bu mağara Divlər otağı adlanırdı.

Günbatana doğru uzanan sıldırım qayalardan birinin içərisi boş idi ki, bu da Göyərçinlər otağı mağarası adlanırdı. Görünür, mağaranın bu adı orada həmişə çoxlu yarasa və göyərçinlərin olması ilə bağlı idi.

Gavur qalasının Ağdağa doğru uzanan hissəsi narın qumla örtülü olduğundan bura Qumluq, Gavur qalasının Qumluğu, Qumlucası da deyirdilər.

Gavur qalasının yenə günbatan tərəfində qayaların arasındakı dərə ilə çay axırdı. Həmin çaya Qotur bulağının mineral suyu qarışdığından dərə Qoturbulaq dərəsi adlanırdı. Qoturbulaq dərəsinin girəcəyində Damdıra adlı qaya vardı. Daşla çalınanda bu qaya çox qəribə, məhz tambur səsinə yaxın gur səs çıxarırdı ki, onu Qobustandakı qavaldaşın əkiz qardaşı hesab etmək olar.

Bu yerlərdən bir qədər yuxarılarda isə Süzəni dölləyi deyilən yer vardı. Əyricə yaylağına yaz gec gələndə qoyunları burada saxlayardılar.

Süzəni dölləyəndən Millidərəyə doğru uzanan yol isə Allah-Əkbər dağına gedirdi.

Böyük Vedidə ilk yeni tipli ikisinifli rus-tatar məktəbi 1883-cü ildə qlava Ağa Süleymanovun təşəbbüsü ilə onun evində açılmışdı. Bu məktəbin yetirmələrindən İlyas bəy Mahmudbəyov, Şəmdin bəy Mahmudbəyov, Fərəməz bəy Mahmudbəyov, Baxşəli Mahmudbəyov, Ağarza Mahmudbəyov, Ağamirzə Mahmudbəyov, Seyfulla Süleymanov, Cəfər Kərimov, İsa Mahmudbəyov, Eynulla Mahmudbəyov, Mikayıl Mahmudbəyov və başqaları Qori və ya Qazax seminariyalarını, Məmməd Mahmudov, Müseyib Mahmudov, Əli Eyvazov, Nəsrulla Zal oğlu, Abdulla Kərimov və başqaları İrəvan gimnaziyasını bitirmişdilər.

Bütün Qərbi Azərbaycanda ilk qız məktəblərindən biri də (bəlkə birincisi) məhz Böyük Vedidə, Bilal Paşayevin evində açılmışdı. Məktəbin müəllimi Həqiqət Abbasova idi.

Böyük Vedidə 5 qəbiristanlıq olub. Paskili məhəlləsində 2 məscid, Vəliuşağı məhəlləsində 1 məscid, Vedililər məhəlləsində 2 məscid fəaliyyət göstərirdi. Bu məscidlərdə Şeyx Qəmbər, Şeyx Əli, Molla Məhəmmədtağı, Kəlba Əhməd, Molla Hüseyn Nuriyev kimi din xadimləri otururdu. Təəssüf ki, sovet dövründə həmin məscid binalarının birini MTS-ə, digərini anbara çevirdilər. O birilər isə zaman-zaman uçulub-dağıldı. Təkcə Vəliuşağı məscidi 1988-ci ilə qədər qalmaqda idi. Məscid fəaliyyət göstərməsə də, kəndin azərbaycanlıları onu qoruyub saxlayır və ziyarət edirdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat