Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan toponimlərinin izi ilə: Qurdalı, Qurdbulaq, Qurdqala, Qurdqalaq – dilçi alimlə müsahibə

Qərbi Azərbaycan toponimlərinin izi ilə: Qurdalı, Qurdbulaq, Qurdqala, Qurdqalaq –  dilçi alimlə müsahibə

Bakı, 25 noyabr, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun Qərbi Azərbaycan toponimlərinə dair aparılan araşdırmalarla bağlı AZƏRTAC-a müsahibəsi

- Elçin müəllim, son illər xalqımızın etnik tarixi, onun mənşəyi ilə bağlı tədqiqat aparılırmı?

- Əlbəttə, bu məsələ ilə bağlı bir çox sanballı tədqiqat əsərləri yazılıb. Hesab edirəm ki, bu, müstəqillik əldə etdikdən sonra xalqın öz tarixinə, mədəniyyətinə, etnik mənşəyinə yönələn böyük məhəbbətinin təzahürüdür. Eyni zamanda, bu barədə mövcud boşluqların doldurulması zərurətini də buraya əlavə etsək, aparılacaq yeni araşdırmaların dəyəri bir neçə qat da artmış olar. Azərbaycan xalqının zəngin və şərəfli tarixi keçmişi var. Bu kontekstdə Azərbaycan xalqının formalaşmasında, bütövləşməsində iştirak edən etnosların tərkibi, sosial durumu, adət-ənənələri, məişəti və dili böyük maraq kəsb edir. Əksəriyyətini oğuzlar təşkil edən Azərbaycan türkləri bu gün öz varlıqlarında tarixən ölkəmizdə yaşamış və yaşamaqda olan onlarla etnosu, tayfanı ehtiva edir ki, bunların da çoxu haqqında tarixi və etnoqrafik qaynaqlarda və dilçilik ədəbiyyatında məlumatlara rast gəlmək mümkündür. Təəssüf ki, həmin sahədə hələ də görüləsi işlər, araşdırılası faktlar kifayət qədərdir. Əldə olan materiallar da göstərir ki, hələ bu günə qədər Azərbaycan türklərinin soykökündə iştirak edən etnosların tam mənzərəsi dəqiqliklə işlənib ortaya qoyulmayıb. Təəssüflə qeyd etməliyəm ki, ayrılıqda Alban dövlətinin etnik tərkibi, eləcə də Midiya və Atropatenanın etnik mənzərəsi bu gün tam aydın deyil. Sözümüzün canı odur ki, bu gün tarixşünaslıq və filologiyamızın həmin sahə ilə bağlı aydınlaşdırmalı, tədqiq etməli, sübuta yetirməli olduğu çox problemləri vardır.

- Rəhbərlik etdiyiniz şöbə birbaşa Qərbi Azərbaycan toponimlərinin öyrənilməsi məqsədilə yeddi ay əvvəl yaradılıb. Ötən müddətdə hansı işlər görülüb?

- Şöbənin əməkdaşları iki beynəlxalq elmi konfransda, üç respublika əhəmiyyətli konfransda elmi məruzə ilə çıxış ediblər. Bundan başqa, 10-dan çox televiziya kanalında, internet televiziyalarında, saytlarda Qərbi Azərbaycanın onomastikası ilə bağlı həqiqətləri çatdırıblar. Xüsusi qeyd olunmalıdır ki, Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı tərtib etdiyimiz iki elmi kitab çap mərhələsindədir. Bu günlərdə “Qərbi Azərbaycan toponimləri” mövzusunda keçirilmiş respublika elmi konfransının materialları da şöbə tərəfindən toplanılıb. Hazırda Toponimika şöbəsi Qərbi Azərbaycanda ermənilər tərəfindən adları dəyişdirilmiş toponimlərin bərpası istiqamətində tədqiqatlar aparır.

- Türklər arasında qurd adı ilə bağlı tayfa və yer adlarına çox rast gəlinir. Bəs Qərbi Azərbaycanda necə? Qurd etnosu ilə bağlı toponimlərə dair tədqiqat aparılıbmı?

- Sirr deyil ki, Altay-türk xalqlarının arxaik düşüncəsində qurd - canavar xüsusi yer tutur. Ona görə heyvan demirik ki, türkçülükdə qurd anlamı heyvan kontekstindən çıxaraq daha geniş mifik - ilahi mahiyyət kəsb edir. Bu səbəbdən türklər arasında qurd adı ilə bağlı tayfa və yer adları çoxdur. Məsələn, Başqurd, Börük, Asparux etnonimlərində olduğu kimi. B.B.Radlov qeyd edir ki, başqurdlar sinələrinə qızıl rəngli cəngini ayırmış qurd başı döydürürdülər. Məlumdur ki, müasir başqurdlar üç yerə bölünmüş qədim bulqarların nəsilləridirlər. Müasir Bolqarıstan dövlətini yaradan da onların bir qoludur. Xan Asparux bu dövlətin əsasını qoyub. Sözügedən qurdlar isə müstəqil etnos kimi bu günə qədər gəlib çatmayaraq assimilyasiyaya uğrayıblar. Lakin bir çox mənbələrdə qurdlar haqqında zəngin materiallara rast gəlirik. Əsasən ərəb, fars, gürcü, erməni mənbələri qurdlar haqqında qiymətli məlumatları qoruyub saxlayıb. Ümumiyyətlə, qurd və qurd anlamı verən bir çox sözlərlə ifadə olunan onlarla şəxs və tayfa adı məlumdur.

Oğuzlar zoomorfik onqonlarını kök, əcdad kimi qəbul edirdilər. Bunların arasında sunqur quşunu, erkək aslanı, qaplanı, börüni göstərmək olar. 2007-ci ildə çapdan çıxan “Azərbaycan etnonimləri” kitabında göstərilir ki, qurdlar və qaraqurdlar etnonimləri XIX əsrin ortalarında İ.Şopen kəngərli tayfasının tirələrini sadalayarkən qurdlar/qurtlar adını da çəkib. Tirə isə öz adını, görünür, sitayiş etdiyi qurd/qurt totemindən alıb. Qurd etnoniminə Türkmənistanda, qurd/qurt komponentli toponimlərə Şamaxıda (Qurd məhəllə), Gürcüstanda (Qurdlar kəndi), Qars əyalətlərində (Qurt tala), İranda (Qurtlu) təsadüf edilməsi də onun etnonim olmasını təsdiq edir. Yadımıza fars-tacik şairi Əbülqasım Firdovsinin “Şahnamə” əsərini salsaq, burada olan Görd Afərid surəti də tədqiqatımız baxımından maraq doğurur.

Böyük Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan adlandırdığımız ərazilərdə də qurd etnosunun lap qədim dövrlərdən məskun olmaları toponimlərdə özünü göstərməkdədir. Belə ki, burada olan onlarla toponim, mikrotoponim və oronimlər qurdlarla bağlıdır. Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqları da tarixin başlanğıcından türk-qurd etnosunun yurdu olub.

-Faktlarla deyə bilərsinizmi?

-Qurdalı - 1590-cı ildə Rəvan əyalətinin Kabri nahiyəsində qışlaq adı olub. Qurdbulaq isə Qızıl-Qoç (Ermənistanın indiki Qukasyan rayonu) rayonunda kənd adı idi. 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulub və bura ermənilər yerləşdirilib. Bundan başqa, İrəvan xanlığının Zəngibasar mahalında olan Qurdbulaq kəndinin əhalisi 1948-1951-ci illərdə Azərbaycana qovulub. Qurd (canavar) və bulaq sözlərindən ibarətdir.

Qurdqala - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. Qafqazda çoxlu coğrafi adlarda qurd, kürd, kort formalarında əksini tapmış bu söz həm də türk dillərində kort sözünün təhrif forması ola bilər. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Kortdaf, Tiflis quberniyasının Axalsix qəzasında Qort-Uban (kənd adı), Şimali Qafqazda Ter əyalətinin Nəzran dairəsində Açin-Kort (kənd adı), Stavropol quberniyasının Qrozni dairəsində Mizer-Kort (kənd adı), ter əyalətinin Vladiqafqaz dairəsində Erten-Kort (dağ adı), Azərbaycanda Qazax qəzasında Bicori-Kort (dağ adı), Cavanşir qəzasında Kort-Təpə (dağ adı), Yelizavetpol qəzasında Kyortdağ (dağ adı), Şamaxı qəzasında Quritu (dağ adı), Qars əyalətinin Ərdəhan dairəsində Kurdala və s. toponimlərdə “kort” sözü vardır.

Qurdqala - Taşir rayonunda kənd adı. 1988-ci ildə əhalisi Azərbaycana qovulub.

Qurdqalaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1918-ci ildə kəndin əhalisi Azərbaycana qovulub.

Qurdqalaq - İrəvan xanlığı Dərələyəz mahalında kənd adı. XX əsrin əvvəllərinə aid mənbədə Kurd Kulaq kimidir. 1946-cı ildə kənd ermənicə Belorabert adlandırılıb. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilib. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çələk" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kurd-kulax adı ilə mənaca eynidir.

Qurdəmir - 1782-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. Mənbədə qeyd olunur ki, kənddə adam yaşamır, şiə olduqlarına görə köçüb getmişdilər.

Qurdtəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Azərbaycan dilində qurd (canavar) və təpə sözlərindən ibarətdir.

Qurduqulu - İrəvan xanlıqlarının Sərdǝrabad mahalında kənd adı. Mənbədə Kurdukuli kimidir. XIX əsrin 30-cu illərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir. 1988-ci ildə kəndin əhalisi erməni idi. 1935-ci ildə kənd ermənicə Armavir adlandırılmışdır. Qurdqulu dağının adındandır.

Qurduqulu - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı. Azərbaycan dilindəki qurd (canavar) və uku “mağara” sözlərindən ibarətdir. “Canavar mağara olan dağ” mənasındadır.

Qurdçulu - 1728-cil ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qışlaq adı. Naxçıvanda kəngərlərin qurdçu tayfasının adını əks etdirir.

-Gürcüstan ərazisində də belə toponimlər varmı?

-Bəli, Gürcüstanda da qurdla bağlı çoxlu toponimlərə rast gəlinir. İndi də xalq arasında “qurd oğlu qurd olar”, “filankəs qurd ürəyi yeyib” kimi yığcam və dərin məzmunlu atalar sözləri, deyimlər də var. Güman ki, elə həmin atalar sözləri də öz başlanğıcını və özülünü qurdlar tayfasının adından alıb. Beləliklə, aydın olur ki, “Borçalı” toponiminin birinci komponenti “bori” (qurd) sözü əsasında formalaşıb. Tarixi sənədlər “qurd” sözü əsasında düzəldilmiş kənd adlarının olduğunu da təsdiq edir. 1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis” dəftərində Tǝkǝli oymağının Qurdlar kəndinin adı da qeyd edilib. Həmin kəndin adı hazırda təhrif olunmuş şəkildə - Kürdlər kimi işlənir. Bundan başqa, Bolnisi rayonunda Bolulus-Kəpənəkçi yaxınlığında Qurdlar, Darvaz kəndinin yaxınlığında isə Qurdoğlunun qoruğu adlı böyük oronimlər (toponimlər) indi də var. Göründüyü kimi, “qurd” və onunla bağlı başqa etnonimlərin Azərbaycandakı bugünkü mövcudluğu heç kəsdə təəccüb doğurmamalıdır. Bu gün Azərbaycan ərazisində qurd etnosunun varlığı sübut olunduğu kimi, fikrimizcə, onun özünəməxsus dili də qorunub saxlanılıb. Biz elə hesab edirik ki, bu dil türk dillərinin qıpçaq qrupuna aid edilə bilən, lakin çoxlu təsirlərə məruz qalmış bir dildir. Maraq doğuran əsas faktlardan biri də Qurd tayfalarının bir hissəsinin müasir Gürcüstan ərazisinə köç edərkən orada bir neçə yaşayış məntəqələri salmaları, orada xüsusi türk-müsəlman mədəniyyəti yaratmalarıdır. Təəssüf ki, onlar sonradan gürcüləşərək gürcü xalqının tərkibinə daxil oldular. Gürcüstanda qurdlarla qohum olan imerlərin dilində XX əsrin əvvəllərində çoxlu türk sözləri qalırdı. Onlar kəfənə “bez”, toya “dügün”, iynəyə “solkdar”, qovurmaya “kaurma”, atasız uşağa “yetim” deyirdilər. Tədqiqatlara görə, qordlar kartvel deyil, XIII əsrdən sonra baqrationlar tədricən onları gürcüləşdirdilər. Ancaq buna baxmayaraq, onların dili indi də gürcülərin dilindən fərqlidir. Məlumdur ki, Şota Rustaveli özünün "Bars dərisi geymiş koma" əsərini qord dilində yazmış və sonra onu Çariça Tamaraya həsr etmişdir. Bu barədə bir çox mənbələrdə məlumatlar vardır. Buradan belə bir nəticə çıxır ki, XII əsrdə qord dili Tamara üçün anlaşıqlı olmuşdur. Şota Rustaveli Çariça Tamaraya həsr etdiyi əsərini qord-qurd dilində yazmışdır. Sonra əsərin üzərində məqsədli dəyişikliklər edilmiş, islamiyyətdən və xristianlıqdan qabaqkı əski adət və ənənələrin qalıqları mətndən çıxarılmışdır. Bundan başqa, bir çox mənbələrdə Qurdların Qafqazlarda qədim dövrlərdən yaşamaları göstərilirdi. Məsələn, Qafqaz dağlarına bəzi antik mənbələrdə Qordien-Qurdien dağları deyirdilər. Antik tarixçilərin əsərlərində və gürcü salnamələrində Qord-Kort adlandırılan qurdlar Qafqaz və Anadolunun qədim etnoslarından biridir. Eranın əvvəllərində Ararat dağı onların adı ilə Qordin adlandırılırdı. Göründüyü kimi, qurd etnosu nəinki Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarında, həm də Cənub Şərqi Anadoluda məskun idi. Qurd etnosu bu gün Azərbaycanın müxtəlif yerlərində elə bu adla da yaşamaqda davam edir. Naxçıvan Muxtar Respublikasında, Ağdamda, Kürdəmirdə, Şamaxıda onların icmaları mövcuddur. Şəxsən biz özümüz bu icma nümayəndələri ilə dəfələrlə görüşmüş onlarla təmasda olmuşuq. İnformatorlarla əlaqə saxlayaraq bu günə qədər qorunub saxlanmış qurdca sözlərin lüğətini belə hazırlaya bilmişik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO