Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru

Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru

Qərb dövlətlərinin, eləcə də ABŞ-ın Azərbaycanla hərtərəfli əməkdaşlığın, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə göstərdikləri maraq getdikcə artır. ABŞ Prezidenti Barak Obamanın və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktublarda əksini tapmış fikirlər bunu bir daha təsdiq edir. 

Newtimes.az portalı bununla bağlı analitik məqalə yayıb. AZƏRTAC məqaləni təqdim edir.

KİV-də ABŞ dövlətinin başçısı Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktublar barədə xeyli məlumatlar verilib. Hər iki liderin yazdıqları göstərir ki, Vaşinqton və London Bakı ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdırlar. Onlar Azərbaycanın rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib, bunu konkret misallarla əsaslandırıblar. Məktublarda yazılanlardan aydın olur ki, ABŞ və Böyük Britaniya Azərbaycanı "enerji lideri" kimi tanıyırlar. Burada həyata keçirilən islahatların real nəticə verdiyi etiraf edilir. Barak Obama dəqiq vurğulayır ki, İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatları tam dəstəkləyir, xüsusilə onun Azərbaycan xalqının rifahı naminə gördüyü işləri yüksək qiymətləndirir. Bütün bunlar təsadüfən olmayıb, Prezident İlham Əliyevin ardıcıllıq və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət kursunun birbaşa nəticəsidir. Ayrılıqda bu ilin mart ayının sonu - aprel ayının əvvəlində Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı keçirilən yüksək səviyyəli toplantıda Azərbaycan rəhbərinin iştirakı və orada apardığı müzakirələr ABŞ rəhbərliyində xoş təəssüratlar oyadıb. Hesab edirik ki, həmin məqamların təhlilinə yenidən ehtiyac yaranıb.

Müstəqil daxili və xarici siyasət kursu

Müstəqilliyini əldə etmiş ölkələr beynəlxalq nüfuz sahəsində fərqli yerlərdədirlər. Bəziləri (məsələn, Ermənistan), ümumiyyətlə, müstəqil dövlət kimi qəbul edilmir, digərləri (məsələn, Mərkəzi Asiyanın bir sıra ölkələri) ilə bağlı fikir tam formalaşmayıb, az sayda ölkə isə (məsələn, Azərbaycan) beynəlxalq aləmin fəal üzvü kimi müsbət imicə malikdir. Sonuncu kateqoriyaya aid olan dövlətlər birmənalı olaraq aktiv müstəqil siyasət aparır, perspektivli iqtisadi və enerji layihələrində iştirakçı və təşəbbüskardır. Bunun təməlində isə ölkənin qətiyyətli, strateji təfəkkürlü, peşəkar siyasi liderinin olması dayanır.

Tarixi təcrübə də deyilənləri sübut edir. Mürəkkəb geosiyasi mərhələdə dövləti yalnız onun layiqli lideri dünya miqyasında qəbul etdirə bilər. Deyək ki, müxtəlif siyasi dairələrin əlində oyuncağa çevrilən Serj Sarkisyanı heç bir ciddi dövlət lider kimi qəbul etmir. İndiyə qədər erməni liderin beynəlxalq aləm tərəfindən qəbul edilən heç bir təşəbbüsü olmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə siyasi fəaliyyəti ilə artıq bütün dünya liderlərinin hörmət bəslədiyi, yüksək qiymət verdikləri dövlət başçısıdır. Dünyanın ən qüdrətli dövləti olan ABŞ-ın Prezidenti Barak Obama belə Azərbaycan rəhbərinin həyata keçirdiyi siyasətin çox düzgün olduğunu deyir və ona tam dəstəyini ifadə edir. Bu, bir neçə dəfə olub. Özü də müəyyən qüvvələrin antiazərbaycan təbliğatına, İlham Əliyev haqqında şər-böhtan informasiyalar yaymasına baxmayaraq, Amerikanın dövlət başçısı mövqeyini dəyişmir.

Son olaraq Barak Obama 2016-cı il iyunun 1-dən 4-dək Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2016" sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda həmin kontekstdə konkret fikirlərini ifadə edib. Məktub dəqiq, dolğun və real faktları əks etdirir. Orada bir cümlə belə sözgəlişi ifadə edilməyib.

Hər birinin arxasında Azərbaycan rəhbərinin siyasi fəaliyyətinin və liderlik keyfiyyətinin konkret gerçəkliyi dayanır (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan / AZƏRTAC, 1 iyun 2016). Amerikanın dövlət başçısı məhz İlham Əliyevin reallaşdırdığı siyasətin birbaşa nəticəsi kimi Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolu haqqında fikir bildirib. O, konkret istiqamətlər üzrə ölkəmizin əldə etdiyi nailiyyətlərin region və dünya üçün əhəmiyyətini dərk etdiyini ifadə edib. Bu o deməkdir ki, Amerika Azərbaycanın müstəqil ölkə olaraq müasir mərhələdə qlobal miqyasda əhəmiyyətini qiymətləndirib.

İlham Əliyev siyasi lider kimi: "enerji liderliyi"nin memarı

ABŞ Prezidenti məktubunda yazır: "Azərbaycan qlobal enerji təchizatında olduqca mühüm rolunu oynamaqda davam edir və regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədimizə münasibətdə etibarlı tərəfdaşdır" (bax: əvvəlki mənbəyə). Burada üç mühüm məqam lakonik şəkildə ifadə edilib. Birincisi, Barak Obama vurğulayır ki, Azərbaycanın atdığı addımlar birbaşa qlobal enerji təchizatı məsələsinə aiddir. Bu aspektdə Bakı mühüm rol oynayır.

İkincisi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmininə xidməti onun regional əməkdaşlığı gücləndirməsi əsasında baş verir. Burada rəsmi Bakı həm rəqabəti, həm də təchizatın şaxələndirilməsini sağlam əsasda inkişaf etdirir. Deməli, Azərbaycanın qlobal enerji təhlükəsizliyində iştirakı regional iqtisadi-energetik mühitin sağlamlaşdırılması əsasında özünü göstərməkdədir. Üçüncüsü, bu səbəbdən ABŞ rəhbəri hesab edir ki, Azərbaycan enerji təhlükəsizliyini təmin etmək prosesində etibarlı tərəfdaşdır. Kifayət qədər konkret ifadə edilmiş mesajdır. Faktdır ki, postsovet məkanında heç bir müstəqil ölkə bu cür qiymətləndirilməyib.

Məktubun bu hissəsindən alınan ümumi nəticə ondan ibarətdir ki, Amerika Azərbaycanı sadəcə qlobal enerji təhlükəsizliyinə qiymətli töhfə verən ölkə kimi dəyərləndirmir, daha üstün olaraq regional əməkdaşlığın memarı və etibarlı tərəfdaş olaraq görür. Buna nail olmaq üçün həqiqətən mükəmməl, müstəqil və reallığı nəzərə alan xarici siyasət yeritmək lazımdır. İlham Əliyev bu aspektdə siyasətin zirvəsində dayanan liderdir.

Barak Obama fikrini inkişaf etdirərək, enerji təchizatının şaxələndirilməsinin bütün dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulayır. Azərbaycan isə konkret enerji layihəsi ilə bu istiqamətdə bəşəriyyət üçün faydalı addım atmaqdadır. ABŞ Prezidenti bununla bağlı yazır: "Ötən il ərzində Azərbaycan və onun tərəfdaşları "Cənub Qaz Dəhlizi"nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olmuşlar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşlarımızla birgə buna yardım etməyə hazırdır və "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini vurğulamaqda davam edir" (bax: əvvəlki mənbəyə).

Bəli, Prezident Barak Obama onu diqqətə çatdırır ki, qlobal enerji təchizatı üçün konkret olaraq "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti böyükdür. Azərbaycan da bu məsələdə tarixi uğurlar əldə edib. Özü də rəsmi Bakı bunu beynəlxalq tərəfdaşları ilə birgə həyata keçirib. Yəni Azərbaycan beynəlxalq əməkdaşlığın gözəl nümunəsini göstərib. Sübut edib ki, ədalətli və səmimi olaraq gücü bir yerə qoymaqla, ciddi uğurlar əldə etmək mümkündür. Amerika isə daim bu təşəbbüsü dəstəkləyəcək, Azərbaycanın yanında olacaq! Çünki ABŞ "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini dərk edir, onu qiymətləndirir.

Bu fikirlərdə mühüm geosiyasi məqam ifadə edilib. Hər şeydən əvvəl Vaşinqton Azərbaycanın konkret layihəni beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyinə görə qlobal siyasətdə xüsusi yer tutduğunu dünyanın diqqətinə çatdırır. Dəqiq desək, söhbət bir ölkənin dünyanın enerji sistemində hansısa rol oynamasından getmir. Rəsmi Bakı apardığı ardıcıl siyasəti ilə mürəkkəb qlobal sistemin fəal tərkib hissəsinə çevrilib. Bu, ciddi tezisdir.

Eyni zamanda, Amerika bu yolda Azərbaycana və onun tərəfdaşlarına olan hər hansı maneənin aradan qaldırılmasına hazırdır. Vaşinqton "Cənub Qaz Dəhlizi" ilə bağlı bütün təhlükəsizlik tədbirlərini görməyə çalışacaq. Bu isə geosiyasi aspektdə Azərbaycanı regionun "enerji lideri" hesab etmək deməkdir. Bakı bu keyfiyyətdə həm də Avropa ilə Asiya arasında "körpü rolu"nu oynamaqda davam edəcək. Bu halda Vaşinqton Azərbaycanın özünün təhlükəsizliyinə əhəmiyyət verdiyini nümayiş etdirir. Həmin mesajın Cənubi Qafqazda geosiyasi maraqları olan bütün qüvvələrə verildiyi nəticəsini çıxara bilərik.

Barak Obama məktubunun yekun hissəsində baxış bucağını bir qədər də genişləndirərək, reallıqda rəsmi Bakının mühüm istiqamətlərdə həyata keçirdiyi islahatları dəstəklədiyini ifadə edib. Bu prosesin memarının isə Prezident İlham Əliyev olduğunu ayrıca vurğulayıb. ABŞ Prezidenti fikirlərini belə yekunlaşdırır: "Mən "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyiniz səyləri alqışlayıram və Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlığı və qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır" (bax: əvvəlki mənbəyə).

Bu, Prezident İlham Əliyevin apardığı siyasətə verilən yüksək qiymətdir. Çünki qısa şəkildə bütün sahələrdə həyata keçirilən proqramların mühüm əhəmiyyət daşıması, onların perspektivi və Azərbaycan xalqı üçün səmərəsi vurğulanıb. Məsələnin digər tərəfi isə bu siyasətin müasir demokratik dünyanın tələblərinə tam uyğunluğunun təsdiqlənməsi ilə bağlıdır.

Barak Obama faktiki olaraq İlham Əliyevin lider kimi fəaliyyətinin regionun digər dövlət başçıları üçün nümunə ola biləcəyini ifadə edib. Azərbaycan Prezidenti həm bütün sahələr üzrə konkret səmərəli və demokratik islahatlar həyata keçirir, həm də onun qlobal təhlükəsizlik sisteminin formalaşması üçün səmərəsini təmin edən addımlar atır. Dövlət başçısı bununla demokratik dövlət quruculuğu xətti ilə dünyanın inkişaf etmiş hissəsi ilə inteqrasiya prosesini tam uyğunlaşdıra bilir. Müasir tarixi mərhələ üçün bu, çox vacib məqamdır.

Məsələ ondan ibarətdir ki, hazırda bir çox ölkələrdə inkişaf prosesi getsə də, bundan öz maraqları üçün istifadə etmək istəyən, regional və qlobal sabitliyi, təhlükəsizliyi və rifahı zərbə altına qoyan dairələr hələ də qalmaqdadır. Bu isə həmişə olduğu kimi, yeni intriqalara, qeyri-sağlam rəqabətə, qarşıdurmalara səbəb olur. Amma Azərbaycan öz uğurunu birbaşa müasir dünyanın tələblərinə uyğunlaşdırır, əldə etdiyi müsbət təcrübəni hər bir dövlətlə bölüşməyə, sülh və barışın bərqərar olmasına çalışır.

Görünür, artıq bunu Vaşinqton da dərk edir və Azərbaycanın "enerji lideri" olmasını etiraf etməklə, ona dəstək olmağa çalışır. Maraqlıdır ki, Böyük Britaniya da təqribən eyni mövqedədir. Bu ölkənin baş naziri Devid Kemeron Prezident İlham Əliyevə ünvanladığı məktubda həmin aspektdə fikirlərini ifadə edib. Barak Obama kimi, Devid Kemeron da məktubunu Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransı münasibətilə göndərib. Məktubda baş nazir xüsusi vurğulayır: "Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.

Mən Azərbaycan hökumətini "Cənub Qaz Dəhlizi"nin inkişaf etdirilməsində oynadığı rolu ilə bağlı təbrik edirəm və Trans-Adriatik boru kəmərinin mayın 17-də təməlqoyma mərasimini alqışlayıram. Bu, "Cənub Qaz Dəhlizi"nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisədir" (bax: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemerondan / AZƏRTAC, 1 iyun 2016).

Devid Kemeron onu da qeyd edir ki, Böyük Britaniya bu prosesdə Azərbaycanla birgə iştirak etməkdən "məmnunluq və fərəh hissi" keçirir. Londonun bu mövqeyi Avropa İttifaqında bəzi dairələr üçün örnək olmalıdır. Onlar antiazərbaycan fəaliyyətlərindən əl çəkməli, qara piar kampaniyalarına qoşulub münasibətləri gərginləşdirməməli, reallığı görməli və dəyərləndirməlidirlər.

Əslində, bu məktublar xüsusi mesajların daşıyıcılarıdır. Burada da məhz Azərbaycan Prezidenti İlham Əliyevin çox faydalı siyasi fəaliyyəti həlledici rol oynayıb. Sirr deyil ki, son dövrlərdə Qərbin bir sıra dövlətlərinin Azərbaycana qarşı ədalətsiz mövqedə olması münasibətlərdə bir gərginliyə səbəb olmuşdu. O cümlədən rəsmi Vaşinqton haqsız yerə Bakıya ittihamlar irəli sürürdü.

Uzaqgörən dövlət başçısı: İlham Əliyevin Vaşinqtona təsiri

Hər şey Prezident İlham Əliyevin mart ayında Nüvə Təhlükəsizliyi Sammitində iştirak üçün ABŞ-a səfərindən sonra dəyişdi. Onu vurğulayaq ki, səfər zamanı birbaşa Ağ evin istəyi və təşəbbüsü ilə yüksək səviyyəli rəsmi təmaslar gerçəkləşdi. Bu da nəinki iki ölkə, həm də bütövlükdə Qərb dünyası ilə əməkdaşlığı yeni inkişaf müstəvisinə çıxardı.

Vaşinqton bəyan etdi ki, onun yeni Azərbaycan siyasətinin məzmununda Prezident İlham Əliyevin liderliyini tam dəstəkləmək başlıca yer tutur. Eyni zamanda, Amerika Azərbaycanı əsas tərəfdaşlarından biri kimi qəbul edir. Vaşinqton bu qənaətlərə yalnız İlham Əliyevi dinləyib, onun siyasətini tam anladıqdan sonra gəlib.

Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ölkədə aparılan sosial-iqtisadi və energetik islahatlar, qlobal enerji təhlükəsizlik sisteminin yaradılması, demokratikləşmə prosesi, regional əməkdaşlıq, beynəlxalq enerji layihələrində iştirak və digər aktual məsələlər üzrə o dərəcədə gözəl mövqe nümayiş etdirib ki, ABŞ rəhbərliyi, başda Barak Obama olmaqla, İlham Əliyevə tam dəstək verdiklərini açıq bildirib.

O zaman ABŞ-ın dövlət katibi Con Kerri belə demişdi: "Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.

Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü / AZƏRTAC, 31 mart 2016).

Burada rəsmi Vaşinqtonun Azərbaycanla bağlı mövqeyi dolğun şəkildə öz ifadəsini tapıb. Hətta Prezident Barak Obama Azərbaycanı çox mühüm tərəfdaş adlandırıb. Vitse-prezident Co Bayden isə açıq etiraf etmişdi: "Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət veririk və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bilirik" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Co Baydenin görüşü / AZƏRTAC, 1 aprel 2016).

Bununla da İlham Əliyevin Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə iştirakı zamanı apardığı müzakirələrdə Amerika rəhbərliyində Cənubi Qafqazda lider olan Azərbaycanın sülhpərvər, islahatçı, ardıcıl olaraq demokratikləşən, beynəlxalq enerji layihələrində aktiv iştirak edən, terrorla ciddi mübarizə aparan ölkə olduğu bir daha təsdiqləndi. Məhz bundan sonra Barak Obama Azərbaycan Prezidentinə Respublika Günü münasibəti ilə yazdığı məktubda Azərbaycanın keçdiyi şərəfli yolu ayrıca vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini xüsusi qeyd etdi.

Barak Obama müstəqil Azərbaycanın keçdiyi 25 illik yolu qiymətləndirərək, onu "enerji lideri" hesab etdiyini açıq bildirib. Amerika rəhbərinin Azərbaycan Xalq Cümhuriyyətinin "dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlət" kimi tanınmasını ayrıca qeyd etməsi isə, ümumiyyətlə, dövlətçiliyimizə verilən yüksək qiymət kimi qəbul edilməlidir. Bu, həm də bədxahlarımızın Azərbaycan dövlətçiliyi haqqında yaydığı böhtanlara verilən cavablardan biri kimi də dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, çıxışı və apardığı müzakirələr Amerikanın iş adamlarına da ciddi təsir göstərib. Onlarda İlham Əliyevin timsalında Azərbaycanın etibarlı biznes tərəfdaşı olduğuna tam əminlik yaranıb. Bunu dövlət başçısı ilə bir müddət əvvəl keçirilən görüşdə Amerika Ticarət Palatasının üzvləri adından danışan "Ernst and Young" şirkətinin nümayəndəsinin ifadə etdiyi fikirlərdən aydın görmək mümkündür. O, öz ölkəsinin biznes dairələrinin mövqeyini aşağıdakı kimi təqdim edib: "İslahatların həyata keçirilməsində Prezident İlham Əliyevin rəhbərliyini çox yüksək dəyərləndiririk. Həm yerli, həm də xarici şirkətlər Sizin yanınızdadır. Biz Sizi tam dəstəkləyirik və Sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük. Sizə dəstək olmaq bizim hamımız üçün böyük şərəfdir" (bax: Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib / AZƏRTAC, 12 aprel 2016).

Bütün bunlar Azərbaycan rəhbərliyinin apardığı daxili və xarici siyasətin yüksək dərəcədə səmərəli və müasir tələblər səviyyəsində olduğunu əyani təsdiq edir. Prezident İlham Əliyev reallaşdırdığı konkret proqramlarla əsl lider və müstəqil dövlət quruculuğunu uğurla həyata keçirən siyasi varis olduğunu sübut edir. Onu heç bir təzyiq yolundan döndərə bilməz. ABŞ və Böyük Britaniya kimi böyük dövlətlər bunu açıq etiraf edir, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursu tam dəstəkləyirlər. Özü də bu, dünyada çox ziddiyyətli və mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə baş verir. Azərbaycan artıq regionun ən perspektivli və etibarlı dövlətidir. Rəsmi Bakı bütün sahələr üzrə həyata keçirdiyi islahatlar proqramı ilə dünyanın ən güclü dövlətinin etimadını qazanıb. Barak Obamanın məktubları isə onu təsdiqləyir ki, Vaşinqton uzunmüddətli perspektivdə regionda əsas tərəfdaşı kimi məhz Azərbaycanı görür. Lakin bunun tam reallaşması üçün Ağ evin üzərinə bir böyük məsuliyyət düşür: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq! Bizcə, bu məqam ABŞ-ın Cənubi Qafqaz siyasətinin "qırmızı xətti" olmalıdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib