Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı yekunlaşıb
Bakı, 30 dekabr, AZƏRTAC
Sentyabrın 7-də Biləsuvar rayon sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonunun Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [20:10]
Azərbaycan Rusiyanın birbaşa uçuşlar həyata keçirdiyi ölkələrdən biridir
- 18.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 18.05.2026 [19:57]
WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də
- 18.05.2026 [19:10]
AQTİ-nin səyyar laboratoriyası WUF13-də: Dəqiq və operativ nəzarət
- 18.05.2026 [18:57]
“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb
- 18.05.2026 [18:48]