Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bakı, 9 iyun, AZƏRTAC
İranın hücumları səbəbindən müvəqqəti bağlanan Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti yenidən bərpa olunub.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Qəzza zolağı və İordan çayının qərb sahilində hökumət fəaliyyətlərinin əlaqələndirilməsi üzrə agentliyi məlumat yayıb. Bildirilib ki, humanitar yardımın Qəzza zolağına çatdırılması üçün Kerem Şalom keçid məntəqəsi yenidən açılıb. Həmçinin Rəfah keçidi hər iki istiqamətdə insanların məhdud hərəkəti üçün fəaliyyətini bərpa edib.
Məlumata görə, keçidlər vasitəsilə hərəkət Misir və Ümumdünya Səhiyyə Təşkilatının koordinasiya tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Agentlik Qəzza zolağına humanitar yardımın çatdırılmasına dəstəyin davam etdiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]