Qırğız Respublikasının Futbol Federasiyasının prezidenti AFFA-nın baş katibi ilə görüşüb
Bakı, 1 may, AZƏRTAC
Qırğız Respublikasının Futbol Federasiyasının prezidenti Semetey Sultanov ölkəmizdə səfərdədir.
AZƏRTAC xəbər verir ki, AFFA-nın infrastruktur və marketinq siyasəti ilə tanış olmaq istəyən qonaq bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikir mübadiləsi aparıb, Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazasında olub.