Qırğızıstan prezident idarəçiliyinə keçib, hökumət istefa verib
Bişkek, 5 may, АZƏRTAC
Aprelin 11-də Qırğızıstan Konstitusiyasının dəyişdirilməsi üzrə keçirilən referendumun qüvvəyə minməsi ilə əlaqədar ölkə mayın 5-dən prezident idarəçilik formasına keçib, hökumət istefa verib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Qırğızıstan Prezidenti Sadır Japarov yeni hökumətin formalaşdırılması barədə fərmanlar imzalayıb.
Sadır Japarovun Fərmanı ilə Ulukbek Maripov Qırğızıstanın Baş naziri, Artyom Novikov Baş nazirin birinci müavini, Jıldız Bakaşova, Azamat Dıykanbayev və Ulukbek Karmışakov Baş nazirin müavinləri təyin olunublar.
Prezident Nazirlər Kabinetinin yeni strukturunu da təsdiqləyib.
Hökumətin formalaşdırılması davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]