QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KURMANBEK BAKİYEVƏ
Hörmətli Kurmanbek Saliyeviç,
Qırğızıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin mənafeləri naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Qırğızıstanın tərəqqisi naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 iyul 2005-ci il.