QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KURMANBEK BAKİYEVƏ
Hörmətli Kurmanbek Saliyeviç,
Milli bayram - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və dost Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq xalqlarımızın və dövlətlərimizin mənafeyi naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Kurmanbek Saliyeviç, Sizə möhkəm cansağlığı, səadət və uğurlar, bütün Qırğızıstan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 avqust 2007-ci il.