Qırğızıstanda COVID-19-a yoluxanların sayı 43 min 245 nəfərə çatıb
Bişkek, 25 avqust, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 119 nəfər yoluxub və bu virusa yoluxanların ümumi sayı 43 min 245 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.
Qeyd olunub ki, son gündə 9, pandemiya dövründə 3 min 110 tibb işçisində koronavirus aşkar edilib.
Bildirilib ki, son gündə koronavirusdan ölən olmayıb, epidemiya dövründə bu virusdan 1059 nəfər həyatını itirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]