Azərbaycan Dövlət İnformasiya Agentliyi

QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, bağrıma basıram.

Bir il bundan əvvəl sizinlə bu yerdə görüşmüşdük. Çox səmimi görüş olmuşdu, onu bu günə qədər xatırlayıram. Bu dəfə buraya gələndə dedim ki, mütləq yenə öz qardaşlarımın yanına gedəcək, dağ yəhudiləri ilə görüşəcəyəm. Çünki sizi görmək mənim üçün həmişə çox xoşdur. Burada olan əhval-ruhiyyə, Azərbaycan dövlətinə bağlılıq, məhəbbət çox güclüdür. Bu, bir daha onu göstərir ki, Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Biz böyük ailə kimi yaşayırıq. Azərbaycanda heç vaxt dini, milli, etnik zəmində ayrı-seçkilik olmamışdır və olmayacaqdır. Bu, Azərbaycan dövlətinin siyasətidir. Bu siyasəti bizim millətimizin, xalqımızın ümummilli lideri Heydər Əliyev bizə miras qoyubdur. Həmin siyasət Azərbaycanda bu gün də davam etdirilir. Dini dözümlülük, milli dözümlülük, tolerantlıq bizim ən böyük sərvətlərimizdən biridir. Azərbaycan bu baxımdan dünyada çox böyük bir örnəkdir, nümunədir. Bütün xarici səfərlər zamanı görüşdüyüm insanlarla, siyasətçilərlə söhbətlərdə istər-istəməz bu məsələyə də toxunulur və mən çox şadam ki, bu məsələ artıq dünyada tanınır və bəyənilir. Amma bu, bizim normal həyat tərzimizdir. Biz Azərbaycanı başqa cür təsəvvür edə bilmərik. Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, hər bir sakini mənim üçün doğmadır. Mən bu mehribanlığı, bu səmimiliyi, bu qardaşlığı görəndə daha da sevinirəm, daha da fərəhlənirəm. Məndə inam daha da artır ki, Azərbaycanın qarşısında duran bütün vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Qarşımızda isə çoxlu vəzifələr durur. Bir il bundan əvvəl buraya gələrkən, vəziyyətlə tanış olarkən, ümumiyyətlə, Qubada gedən abadlıq işləri ilə tanış olarkən görürdüm ki, artıq canlanma başlayıb, irəliləyiş var. İndi isə bu, özünü daha da qabarıq şəkildə göstərir. Regionların inkişaf proqramı, onun icrası, yüz minlərlə yeni iş yerlərinin açılması, insanların həyat səviyyəsinin yaxşılaşması, minimum əmək haqqının artırılması, sənaye obyektlərinin işə salınması, sürətli iqtisadi inkişaf - bütün bunlar Azərbaycanın reallıqlarıdır. Bütün istiqamətlərdə bizim siyasətimiz düşünülmüş şəkildə aparılır, proqram şəklində aparılır. Bu meyillər gələcəkdə daha da sürətlənəcəkdir. Çünki bizim iqtisadi potensialımız daha da artacaqdır.

Mən buraya bax, o binadan gəlirəm, Ərazi vergilər idarəsinin yeni tikilmiş binasından gəlirəm. Orada vəziyyətlə tanış oldum və bir daha Vergilər Nazirliyinin qarşısında vəzifə qoydum ki, Azərbaycanın gələn il büdcəsi 3 milyard dollar olsun. Bu, nə deməkdir?! O deməkdir ki, təxminən 1 milyard dollar əlavə vəsaitimiz olacaq və biz gərək bundan səmərəli istifadə edək, insanlarımızın həyat səviyyəsinin yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına, iqtisadi potensialın güclənməsinə, ordumuzun güclənməsinə yönəldək və bunu edəcəyik. Çünki ölkəmizin ehtiyacları çoxdur, problemlər də çoxdur. Onların ən böyüyü, bizi ən çox incidən, narahat edən yoxsulluq problemidir. Düzdür, ilyarım ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 40 faizə düşübdür. Amma 40 faiz də çoxdur.

Bu, bizə yaraşmır. Azərbaycanda yoxsulluq olmamalıdır və olmayacaqdır.

Yoxsulluğun da səbəbləri məlumdur. 1990-cı illərin əvvəllərində ölkəmizə vurulmuş ziyan, Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən çox güclü, çox möhkəm sarsıtmışdı. Biz hələ indi özümüzə gəlirik. Belə olan halda ölkədə olan yoxsullar təbəqəsi, əlbəttə ki, bizi çox narahat edir. Mövcud meyillər göstərir ki, yoxsulluq azalır, bu il 40 faizdirsə, gələn il daha aşağı səviyyədə olacaqdır. Çünki maaşlar artır, imkanlar yaranır, iş yerləri açılır, işsizlik aradan qaldırılacaqdır.

İki il bundan əvvəl oktyabr ayında, prezident seçkiləri ərəfəsində Qubada olarkən demişdim ki, Prezident seçilərəmsə, Azərbaycanda 5 il ərzində 600 min yeni iş yeri yaradılacaqdır. Bizi istəməyən qüvvələr buna mənfi münasibət göstərdilər, dedilər ki, İlham Əliyev seçkiqabağı vədlər verir. Çünki onlar özləri boş vədlər verirlər. Amma bizim verdiyimiz vədlər, həyatda öz əksini tapır. Əsas məsələ odur ki, sözlə əməl bir olsun. Baxın, ilyarım keçib, Azərbaycanda 250 min iş yeri yaranıbdır. Bu proses daha da güclənəcək, sürətlə gedəcəkdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmalıdır. Bütün sahələrdə irəliləyiş var, bizi narahat edən problemlər də yavaş-yavaş aradan qaldırılacaqdır. Bunu etmək üçün hər bir şərait var. Azərbaycan dövlətinin iradəsi var, düşünülmüş siyasəti, strategiyası var. Azərbaycan xalqının Azərbaycan rəhbərliyinə inamı var, dəstəyi var. Bu inam mənə imkan verir ki, islahatları daha da sürətlə aparım.

Azərbaycanın böyük təbii sərvətləri də var. Xalqımızın lideri Heydər Əliyevin təşəbbüsü ilə, uzaqgörənliyi ilə hazırlanmış neft strategiyamız bu gün Azərbaycana böyük uğurlar gətirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri reallıqdır. Qaz kəməri tikiləcək, ölkəmizə milyardlarla dollar pul gələcəkdir. Bu pul da şəffaf şəkildə Dövlət Neft Fondunda yığılır və yığılacaqdır. Hər bir vətəndaş bilir ki, dövlətdə nə qədər pul var. Bu da çox vacibdir ki, hamı bilməlidir, nəyimiz var və bunlar necə xərclənməlidir. Bir sözlə, gələcək illər Azərbaycanın inkişafına çox güclü təkan verəcəkdir. Gələcək illərdə həm imkanlarımız artacaq, həm də yeni iş yerləri açılacaq, iqtisadiyyatımız daha da inkişaf edəcəkdir.

Əlbəttə, bütün bunlara nail olmaq üçün sülh lazımdır, əmin-amanlıq lazımdır, sabitlik lazımdır. Sabitliyi pozmaq istəyən qüvvələr öz layiqli cavablarını aldılar, əgər bir də belə cəhdlər göstərilərsə, Azərbaycan xalqı onlara öz layiqli cavabını verəcəkdir.

Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdir ki, bu məsələ həll olunmamış qalır. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların vasitəçilik missiyası heç bir nəticəyə gətirib çıxarmadı. Son zamanlar o vasitəçilər daha da fəallaşıblar, müxtəlif ideyalar meydana çıxır və danışıqlar prosesində Azərbaycanı qane edən məqamlar çoxalmaqdadır. İlk növbədə, problemin mərhələli həll yolu ilə aradan qaldırılması artıq dünya birliyində qəbul edilən bir yanaşmadır. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın suverenliyi bərpa olunsun. Bizim başqa dövlətin torpağında gözümüz yoxdur, amma öz torpağımızı da heç kimə verən deyilik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı olaraq qalacaqdır. Çünki əsrlər boyu Azərbaycanın torpağı olubdur. Bundan sonra da biz nail olmalıyıq və nail olacağıq ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması mümkün olsun. Diplomatik, siyasi, iqtisadi səylər çox önəmlidir və biz bunu edirik.

Eyni zamanda, düşmən bilməlidir ki, bizim gücümüz var, güclü ordumuz var. Ona görə ordu quruculuğuna göstərilən diqqət məhz bu məqsədi daşıyır.

Bizim büdcəmiz bu il 2004-cü illə müqayisədə təxminən 40 faiz artıbdır. Hərbi xərclərimiz 76 faiz artıb və bundan sonra da artacaqdır. Biz qüdrətli ordu yaradacağıq və istənilən vaxtda, istənilən yolla öz doğma torpaqlarımızı azad edəcəyik.

Əziz bacılar və qardaşlar!

Mən bu gün çox xoşbəxtəm ki, yenidən sizinlə birlikdəyəm. Keçən dəfə burada olarkən mən sual verdim ki, probleminiz nədir, sizə necə kömək eləyim. Dedilər ki, Sizin sağlığınız, hər şey yaxşıdır, əgər problemlər varsa, rayon icra hakimiyyəti ilə birlikdə biz özümüz bunları həll eləyirik. Mən istəyirəm ki, problemlər ümumiyyətlə, aradan qaldırılsın. Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün insanlar, bütün xalqlar daha da yaxşı həyata layiqdirlər. Biz bunu təmin edəcəyik. Biz Azərbaycanı qüdrətli ölkəyə çevirəcəyik ki, hər bir vətəndaş azad yaşasın, rahat yaşasın, işlə təmin olunsun, yaxşı maaş alsın, övladları yaxşı oxusunlar, mehribançılıq olsun. Azərbaycanda biz bunu istəyirik. Bu meyillər var, amma istəyirəm ki, bu müsbət meyillər daha da geniş vüsət alsın.

Yəhudilər mənim qardaşlarımdır, mən bu duyğularla, bu hisslərlə yaşayıram. Siz qeyd elədiniz, mənim yadımdan çıxdı. Kolumbiya Universitetində mənə bu barədə sual verdilər. Mən ürəkdən gələn sözlərimi deyirəm. Orada da nə təbliğat naminə, yaxud da ki, hansısa bir siyasi xal qazanmaq üçün demədim. Çünki onu bir dəfə demək olar və ondan sonra unudula bilər. Bu, bizim siyasətimizdir, bizim əməlimizdir, bizim işimizdir. Azərbaycanda bir neçə adam var, adını siyasətçi qoyub, amma nə ilə məşğul olur? Boşboğazlıqla, boş-boş şeylər danışır, adama yaraşmayan ifadələr səsləndirirlər. Amma bunların arxasında heç nə yoxdur. Nə iş var, nə əməl var, nə hansısa bir xəstəyə əl uzadır, nə qaçqına kömək edib, nə daşı-daş üstünə qoyub, nə cəmiyyət üçün hansısa bir faydalı iş görübdür. Yox, ancaq söz danışmaq, boş-boş vədlər vermək, həqiqətə uyğun olmayan sözlər danışmaq - budur onların işi. Bizim siyasətimiz bizim işimizdir. Bu iş bütün sahələrdə özünü göstərir: xarici siyasətdə real nəticə var, daxildə də var, iqtisadiyyatımız dünyada ən yüksək sürətlə artır. Bu, bizim sözümüz deyil, Beynəlxalq Valyuta Fondunun sözüdür. 2005-ci ildə Azərbaycan iqtisadiyyatı artım sürətinə görə dünyada lider ölkə olacaqdır. Azərbaycanda yaşayan bütün xalqlara diqqət, qayğı artıbdır. Mən bunun tərəfdarıyam, bu, mənim siyasətimdir. Azərbaycanda heç vaxt ayrı-seçkilik olmamalıdır və heç vaxt da olmayacaqdır. 1990-cı ilin əvvəllərindəki yanlış, cinayətkar siyasətin nəticəsində Azərbaycanda milli zəmində problemlər əmələ gəlməyə başlamışdı. Amma Azərbaycan xalqı buna dözmədi. O iqtidar hakimiyyətdə cəmi bir il qaldı. Nəyə görə? Xalq dözmədi buna, imtina elədi onlardan, rədd elədi o siyasəti. Azərbaycanda heç vaxt ayrı-seçkiliyə yol verilməyəcəkdir. Heç vaxt dini, milli zəmində fərq qoyulmayacaqdır. Bu, bizim siyasətimizdir. Azərbaycan xalqının siyasətidir və biz birlikdə bunu davam etdirəcəyik.

Mən sizi ürəkdən salamlayıram, sizə ən xoş arzularımı, ən xoş duyğularımı çatdırıram. Həmişə belə xoş əhval-ruhiyyədə olasınız. Həmişə üzünüz gülsün, həmişə bir yerdə olaq, yığışaq, danışaq, söhbətləşək, ölkəmizin bütün problemlərini bir yerdə həll edək.

Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram!

Sağ olun!

X X X

Azərbaycan Prezidenti İlham Əliyev qəsəbə sakinləri ilə xatirə şəkli çəkdirdi, onlarla səmimi görüşüb ayrıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Məktəblilər Türk dünyasının ortaq dəyərlərini nümayiş etdiriblər

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib