Qisas qiyamətə qalmaz
Füzuli, 16 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Füzuli rayonunda müxtəlif tədbirlər keçirilir, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində anma mərasimləri, konfranslar, yığıncaqlar, xatirə gecələri təşkil edilir.
AZƏRTAC xəbər verir ki, yanvarın 19-dan başlayaraq Horadiz şəhərindəki Füzuli Dram Teatrında “Qisas qiyamətə qalmaz” adlı ədəbi-bədii kompozisiya göstəriləcək, 20 Yanvar faciəsinə həsr olunan kitab, rəsm və fotosərgilər təşkil ediləcəkdir.
Yanvarın 20-də rayon ərazisindəki Şəhidlər xiyabanında faciənin ildönümü ilə bağlı ümumrayon anma mərasimi keçiriləcək. Həmin gün saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin ruhu birdəqiqəlik sükutla yad ediləcək, faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq avtomobillərdən səs siqnalları veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]