“QİYMƏTLİ KAĞIZLAR BAZARI” MÖVZUSUNDA KURSLAR TƏŞKİL EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) oktyabrın 1-dən “Qiymətli kağızlar bazarı” mövzusunda kurslar təşkil edəcəkdir.
Kurslara qiymətli kağızlar bazarı ilə maraqlananlar və bu sahədə biliklərini artırmaq istəyənlər dəvət olunurlar.
Kursları bitirənlərə sertifikat təqdim olunacaqdır.
QKDK-nın binasında keçiriləcək kurslara yazılmaq istəyənlər 493-50-58 (dax. 2-21, 3-11) və 598-27-61 telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.