QİYMƏTLİ KAĞIZLAR BAZARININ TƏNZİMLƏNMƏSİNƏ DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev çıxış edərək Mülki Məcəlləyə qiymətli kağızlarla bağlı edilmiş əlavələr və dəyişikliklərlə bağlı əhali arasında görülmüş işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, bu dəyişikliklər qabaqcıl ölkələrin təcrübəsinə əsaslanır. Dövlətin sərmayədarların hüquqlarının qorunmasına böyük əhəmiyyət verməsi, Mülki Məcəlləyə edilmiş əlavə və dəyişikliklər işimizi daha da asanlaşdıracaq, biz yeni vəzifələri böyük həvəslə yerinə yetirəcəyik.
İqtisadiyyatın əsas seqmentlərindən biri olan qiymətli kağızlar bazarında münasibətlərin tənzimlənməsinə dair bir sıra mühüm yeniliklər barədə komitənin hüquq şöbəsinin müdiri Riyad Qasımov məlumat vermişdir.
QKDK-nin sədri Heydər Babayev, sədrin müavini Gündüz Məmmədov, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Cəmil Sultanov, Bakı Fond Birjasının prezidenti Səlim Kriman jurnalistləri maraqlandıran suallara cavab vermişlər.