QLOBAL EKOLOJİ FƏLAKƏTİN QARŞISININ ALINMASINADÜNYA ÜMUMİ DAXİLİ MƏHSULUNUN BİR FAİZİ TƏLƏB OLUNUR
Tədqiqatda deyilir ki, Dünya okeanı səviyyəsinin qalxması nəticəsində 100 milyon adam evsiz–eşiksiz qalacaqdır. Buzlaqların əriməsi üzündən Yer kürəsi əhalisinin 1-6 faizi susuzluqdan əziyyət çəkəcək, yüz milyonlarla adam qaçqına çevriləcəkdir. Bundan əlavə, ekoloji fəlakət heyvanların kütləvi surətdə qırılması ilə nəticələnəcəkdir. Sternin hesablamalarına görə, planetimizin faunasının 40 faizi yoxa çıxacaqdır. Ən çox isə Afrika ziyan çəkəcəkdir.
Böhranın qarşısını almaq üçün ətraf mühiti daha çox çirkləndirən dövlətləri, xüsusilə ABŞ və Çini atmosferə buraxdıqları zəhərli tullantıları azaltmağa məcbur etmək lazımdır. Buna əlavə vergi və qanunların tətbiqi ilə nail olmaq mümkündür. Qabaqcıl ölkələr ətraf mühitin mühafizəsinə daha çox vəsait ayırmalıdır. Ekspert demişdir ki, yoxsul ölkələr fəlakətin nəticələrindən daha çox və ilk növbədə əziyyət çəkəcəklər. “Parnik” qazlarının buraxılmasına görə məsuliyyət isə, ilk növbədə, zəngin ölkələrin üzərinə düşür. Ona görə də inkişaf etmiş ölkələr daha çox vəsait ayırmalıdır.
Bu, Sternin həmin sahədə apardığı ilk tədqiqatdır. 2000-2003-cü illərdə Dünya Bankının vitse-prezidenti vəzifəsində işləyən iqtisadçı hazırda Böyük Britaniya hökumətinin müşaviridir.