Qlobal miqyasda elektromobillərin satışı rekord göstəriciyə çatıb
Bakı, 14 yanvar, AZƏRTAC
2025-ci ildə qlobal miqyasda elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin satışı rekord həddə - 20,7 milyon ədədə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Benchmark Mineral Intelligence” analitik şirkəti məlumat yayıb.
Bildirilir ki, elektromobillərin satışı illik müqayisədə 20 faiz artıb. Ümumi satışların 12,9 milyonu Çində qeydə alınıb və ötən il bu ölkədə satışlar 2024-cü illə müqayisədə 17 faiz artıb.
Güclü daxili rəqabət, aqressiv qiymətlər və artan sayda nəqliyyat vasitəsi modelləri keçən il Çində elektrik nəqliyyat vasitələrinin satışlarının artmasına təsir göstərib. Daxili rəqabət gücləndikcə, Çin avtomobil istehsalçıları getdikcə xarici bazarlara üz tutublar. İxrac əsasən Cənubi Amerika, Cənub-Şərqi Asiya və Orta Asiya bazarlarına baş verib. Bu, eyni zamanda, digər ölkələrdə elektrik mühərrikli nəqliyyat vasitələrinin satışlarında da artıma səbəb olub. Çin markalı elektromobillər ötən il Avropa bazarında satışların 19 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]