Azərbaycan Dövlət İnformasiya Agentliyi

QLOBALLAŞAN DÜNYADA İNFORMASİYA HAMI ÜÇÜN

Park İNN mehmanxanasında işə başlayan iclası açan AZƏRTAC-ın baş direktoru ASLAN ASLANOV iştirakçıları təqdim edərək dedi ki, agentliyimizin təklifi ilə bu tədbirin Bakıda keçirilməsi beynəlxalq aləmə hərtərəfli inteqrasiya yolu seçmiş müstəqil ölkəmizin ictimai həyatında mühüm hadisələrdən biridir. Çünki ilk dəfədir ki, OANA-nın prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusuf, Türkiyənin, Rusiyanın, Yaponiyanın, Çinin, İranın, Koreya Respublikasının, Malayziyanın, Qazaxıstanın, Qırğızıstanın, Monqolustanın, Vyetnamın, Qətərin, Küveytin, Suriyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmənin milli informasiya qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycanın paytaxtına toplaşmışlar.

Eyni zamanda, Avropanın ən məşhur informasiya agentliklərinin daxil olduğu digər mötəbər regional qurumun - Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin baş direktoru Volfqanq Vislozil, Bolqarıstan və Fransanın, habelə İordaniyanın milli agentlikləri rəhbərləri Bakıya dəvət olunmuşlar.

Baş direktor AZƏRTAC-ın tarixi, hazırkı fəaliyyəti, ölkəmizin müstəqilliyin ilk illərində üzləşdiyi problemlər barədə danışdı, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və dünya birliyində layiqli yerini tutduğunu bildirdi.

A.Aslanov OANA İcraiyyə Komitəsinin indiki iclasının çox mühüm mövzuya həsr edildiyini bildirərək dedi ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada hər bir kəsin informasiya almaq imkanının olması artıq zərurətə çevrilmişdir. Xüsusilə bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatizm, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda insanların obyektiv, qərəzsiz informasiyaya daha çox ehtiyacı vardır. İnsanların məhz belə informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirməyə imkan verir. Bu isə son nəticədə xalqların və ölkələrin bir-birini daha yaxşı tanımasına, onların yaxınlaşmasına xidmət edir. Əminəm ki, iclasımızda çox səmərəli, konstruktiv müzakirələr, fikir mübadiləsi aparılacaq və bu, geniş bir coğrafiyanı əhatə edən ən müxtəlif ölkələrin xəbər agentlikləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəkdir.

X X X

Sonra Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına təbrik məktubunu oxudu.

OANA İcraiyyə Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsini yüksək dəyərləndirən təşkilatın prezidenti, Antara agentliyinin baş icraçı direktoru ƏHMƏD MUXLİS YUSUF ötən ilin dekabrından qurumda sədrlik müddətində görülən işlərdən danışdı. Bildirdi ki, Antaranın sədrliyinin birinci ilində təşkilat üzvləri ilə daha sıx münasibətlərin qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Növbəti ildə isə OANA xarici əlaqələrə, o cümlədən biznes və kommersiya əməkdaşlığına daha çox diqqət yetirəcəkdir. Bildirildi ki, OANA-nın internet səhifəsində gözəçarpan tərəqqi əldə olunmuşdur. Belə ki, əvvəllər səhifəyə baxanların sayı 200 min idisə, təkcə bu ilin avqustunda istifadəçilərin sayı 625 mini ötmüşdür. Onların da çoxu Asiya-Sakit okean regionundan kənarda yerləşən ölkələrin vətəndaşlarıdır. Bu, üzv ölkələrin agentliklərinin xəbərlərinə dünyada marağın artdığını göstərir.

Cənab Əhməd Muxlis Yusuf OANA-nın saytına informasiya göndərən ən fəal üzv agentliklər sırasında AZƏRTAC-ın da adını çəkmişdir. Eyni zamanda o, fotoinformasiyanın həcminin artırılmasının vacibliyini vurğuladı, üzvlük haqlarının ödənilməsinin qənaətbəxş olmadığını bildirdi.

Avropa Ölkələri Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin baş direktoru VOLFQANQ VİSLOZİL AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən iclası yüksək qiymətləndirərək bildirdi ki, “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunun seçilməsi olduqca təqdirəlayiqdir. Fikrini iki dəlillə əsaslandıran qonaq vurğuladı ki, birincisi, qloballaşan dünyada bütün vətəndaşların informasiya ilə təmin olunması demokratik cəmiyyət quruculuğunun tərkib hissəsidir. İkincisi, sürətlə inkişaf edən və xəbər agentliklərinin informasiya təchizatçısı rolu oynadığı dünyada bütün növ media xəbərlərinin böyük əhəmiyyəti var.

Mətbuat azadlığı və qərəzsiz xəbər prinsipləri əsasında fəaliyyət göstərən xəbər agentlikləri demokratik cəmiyyətin vacib amillərindən biridir. Bu qaydalar əsasında fəaliyyət göstərən xəbər agentlikləri üçün iqtisadi və hüquqi mühiti qoruyub saxlamaq EANA-nın maraq dairəsində olan ən vacib məsələlərdəndir. Agentliklər vətəndaşların etibarlı xəbərlərlə təmin olunmasında əsas vasitədir. Eyni zamanda, vətəndaşların siyasətdən tutmuş idmana qədər bütün mövzularda etibarlı informasiyalarla təmin olunması üçün həm də bazar lazımdır. Beynəlxalq münaqişələr və müharibələr, eləcə də xakerlərin saytlarda informasiyaları pozması və saytların iflic vəziyyətinə düşməsinə səbəb olan düşmən “bombardman”ları ilə müşayiət olunan “informasiya müharibəsi”nin geniş yayıldığı vaxtlarda informasiya haqqında danışmaq daha vacibdir.

EANA-nın fəaliyyətindən danışan cənab V.Vislozil dedi ki, qurum əməkdaşlıq və təcrübə mübadiləsini həyata keçirən pan-Avropa forumu kimi xidmət göstərir. Biz əməkdaşlıq və təcrübə mübadiləsini aylıq bülletenlər buraxmaq, konfranslar, ikitərəfli dəstək və “Avropa xəbər agentlikləri ailəsi” daxilində əlaqələr vasitəsilə həyata keçiririk.

Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri ELNUR ASLANOV çıxışında dedi ki, informasiya sərhədləri çox sürətlə aşaraq, gerçəklik haqqında yeni anlayış formalaşdırır və yeni qlobal diskussiyalar üçün zəmin yaradır. Dünya miqyasında inteqrasiya həyatımızın bir hissəsinə, inkişaf amilinə, yeni dövrün rəmzinə çevrilmişdir. Eyni zamanda, biz dünya məkanının qeyri-bərabər inkişafının, kəskin iqtisadi dəyişikliklərin, Yer kürəsinin müxtəlif guşələrində gözlənilməz siyasi transformasiyaların şahidi oluruq. Dünyanın bu və ya digər guşəsində baş verən dəyişikliklərin çox vaxt məhz kütləvi informasiya vasitələri sayəsində tezliklə bütün planetə yayılmasının şahidi oluruq. KİV-lərin sayəsində dünyamız daha şəffaf və açıq olmuşdur. İnformasiyanın açıqlığı problemləri daha tez həll etməyə, onları daha asan istiqamətləndirməyə imkan verir.

E.Aslanov dedi ki, qərəzli mövqedən çıxış etməmək və aşkarlıq müasir mass-media məkanının mühüm və vacib aspektidir. Bu mühüm amil etimada əsaslanan beynəlxalq ab-hava yaranmasına kömək edir. Unutmamalıyıq ki, Yer kürəsinin müəyyən hissəsi hələ də etnik-ərazi münaqişələrinin məngənəsindədir. Bu münaqişələrin həllinin ləngiməsinin əsas səbəbi, adətən, media strukturlarının formalaşdırdığı kütləvi şüur və ictimai rəydir. Siyasətçilər və mühüm məsələləri həll edənlər çox vaxt informasiya siyasətinin girovlarına çevrilir, bu siyasət isə bəzən çox şeyi həll edir.

Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu xatırladan E.Aslanov dedi ki, təcavüzkar Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutur. Bu münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Bu məsələdə informasiyanın düzgün təqdim edilməsi çox vacibdir. Dünya birliyi, xüsusən mass-media məkanı beynəlxalq hüquq prinsiplərinin pozulmasına, bir dövlətin digərinə qarşı təcavüzünə və onun ərazisini işğal etməsinə laqeyd qala bilməz və qalmamalıdır.

İnformasiya müasir inkişafın mühüm tərkib hissəsidir. Demokratiyanı milli inkişafın prioriteti seçmiş bir ölkə kimi Azərbaycan üçün söz azadlığı, informasiya azadlığı çox mühüm amillərdir və dövlət özünün informasiya siyasətində buna xüsusi diqqət yetirir.

Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini MİXAİL QUSMAN çıxışında Bakı forumunun ən yüksək səviyyədə təşkil edilməsinə görə AZƏRTAC-dan olan həmkarlarına təşəkkürünü bildirdi. Aşkarlıq, ölkədə baş verən proseslər barədə dəqiq və obyektiv məlumat vermək prinsiplərini rəhbər tutan Azərbaycan Dövlət Teleqraf Agentliyinin fəaliyyətini yüksək qiymətləndirdi.

O, özü üçün doğma olan, demokratik dövlət kimi tanınan Azərbaycanın müasir mərhələdə inamlı inkişafını vurğulayaraq, əmin olduğunu bildirdi ki, iclas iştirakçıları səfər günlərində ölkənin nailiyyətləri ilə də tanış ola biləcəklər. M.Qusman müasir dövrdə baş verən proseslərə toxunaraq dedi ki, jurnalistlərin birinci dərəcəli vəzifəsi hadisələri obyektiv və qərəzsiz işıqlandırmaqdır. O, OANA-nın üzvü olan ən qocaman agentlik kimi İTAR-TASS-ın adından iclas iştirakçılarına uğurlu iş arzuladı.

Yaponiyanın Kyodo agentliyinin Beynəlxalq əlaqələr departamentinin icraçı direktoru MASARU SAVANİŞİ çıxışında Bakıda keçirilən bu iclasın aparıcı xəbər agentliklərinin daxil olduğu OANA-nın fəaliyyətinə daha da təkan verəcəyinə ümid etdiyini bildirdi.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən qonaq dedi ki, Kyodo 56 qəzetin və ictimai yayım korporasiyasının dəstəklədiyi qeyri-gəlirli xəbər və əməkdaşlıq agentliyidir. Kyodonun ümumilikdə 57 üzv şirkəti vardır və onlar agentliyin idarə olunmasında qərarlar verməklə, qurumun fəaliyyətində həlledici rol oynayırlar.

Qonaq qloballaşan dünyada xəbər yayımının informasiya texnologiyalarının inkişafı ilə sıx bağlı olduğunu söylədi, ilk növbədə, rəqəmsal xidmətlərdən geniş istifadənin daha çox oxucu kütləsinin cəlb olunmasına xidmət etdiyini bildirdi.

Türkiyənin Anadolu Agentliyi İdarə heyətinin sədri və baş direktoru HİLMİ BENGİ dörd ay əvvəl AZƏRTAC-ın təşkil etdiyi Türkdilli Xəbər Agentliklərinin toplantısından sonra yenidən Bakıda olmağından məmnunluğunu söyləyərək dedi ki, AZƏRTAC son vaxtlar çox böyük uğurlar əldə edir və indiki iclasın keçirilməsi də bu uğurlardan biridir.

Cənab Hilmi Bengi vurğuladı ki, Asiya-Sakit okean regionu son vaxtlar çox sürətlə inkişaf edir. Ekspertlər region ölkələrinin nüfuz dairəsinin daha da genişlənəcəyini və dünya siyasətində həlledici rol oyanayacağını bildirirlər. İqtisadi və siyasi sahələrdəki bu canlanma regionun xəbər potensialını da artırır. Bu isə o deməkdir ki, gələcəkdə xəbər agentliklərimizin üzərinə daha çox iş düşəcəkdir. Ona görə də bu sürətli inkişafla ayaqlaşmaq üçün səylərimizi birləşdirməliyik. Bu baxımdan OANA çox mühüm bir platformadır və biz ondan maksimum istifadə etmək üçün toplaşmışıq.

H.Bengi xatırlatdı ki, OANA-nın 14-cü Baş Assambleyası 2010-cu ildə Türkiyədə keçiriləcəkdir. 2010-cu ildə həm də Anadolu Agentliyinin 90 yaşı tamam olacaqdır. Bu toplantının İstanbulda keçirilməsi planlaşdırılır. İstanbul 2010-cu ildə Avropa İttifaqı tərəfindən Mədəniyyət paytaxtı elan olunmuşdur. Bu baxımdan, xəbər agentliklərinin Asiyanı Avropa ilə birləşdirən İstanbulda toplaşmasının çox böyük məna kəsb etdiyini düşünürük.

Sonda Hilmi Bengi İcraiyyə Komitəsinin iclasına uğurlar arzuladı, yüksək qonaqpərvərliyə görə AZƏRTAC-ın kollektivinə səmimi təşəkkürünü bildirdi.

X X X

Həmin gün Azərbaycan Prezidenti iclasın iştirakçılarını qəbul etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar