“QOŞADIR EYVANIMIZ” FRANSIZLARI HEYRAN ETMİŞDİR
Fevralin 6-da Parisin yaxınlığındakı Jenevilye Konservatoriyasında “Bu günün musiqisi” adlı konsert təşkil olunmuşdur. Konservatoriya orkestrinin müşayiəti ilə müğənnilər ingilis, fransız, italyan mahnılarını ifa etmişlər. Sevindirici haldır ki, bu mahnılar arasında “Qoşadır eyvanımız” adlı Azərbaycan xalq mahnısı da səslənmişdir. Kanadalı müğənni Reyan Dürüi onu italyan bəstəkarı Lüçiano Berionun yeni aranjemanında ifa etmişdir. Tamaşaçılar onun ifasında bu mahnımızı hərarətlə alqışlamışlar.
R.Dürüi konsertdən sonra AZƏRTAC-ın xüsusi müxbirinə demişdir:
-Amerikanın Yel Universitetində təhsil alarkən bir dəfə bəstəkar Luçiano Berionun evində oldum. O, mənim üçün naməlum bir mahnı səsləndirdi. Sözlərini başa düşməsəm də, mahnı məni valeh etdi. Bəstəkar mahnı və onun vətəni barədə mənə qısa məlumat verdi. Elə o vaxtdan bəri mən “Qoşadır eyvanımız” mahnısını repertuarıma daxil edirəm.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]