Qubada baş verən qəzada yaralananlardan biri xəstəxanada ölüb - YENİLƏNİB VİDEO
Quba, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyində baş verən qəzada yaralanan 5 nəfərdən biri xəstəxanada ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Quba rayonunun Alpan kənd sakini 70 yaşlı Nazif Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
10:43
Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyində baş verən qəzada 5 nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Quba rayonu ərazisindən keçən hissəsində Rüstəm Rüstəmov və Qahir Süleymanovun idarə etdiyi “Opel” və “VAZ 2109” markalı avtomobillər toqquşub.
Qəza zamanı avtomobillərdə olan Zülfüqarov Elzamin Seyfulla oğlu, Balayev Nurlan Cavanşir oğlu, Əlixanov Elnur Ərəstun oğlu, Əliyev Nazif Nəriman oğlu və Süleymanov Qahir Asəf oğlu xəsarət alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Toqquşma nəticəsində minik maşınında sıxılmış vəziyyətdə qalan sərnişin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib.
Faktla bağlı araşdırma aparılır.