Qubada “Bir ağac – min nəfəs” şüarı ilə 600 ting əkiləcək
Quba, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Bir ağac – min nəfəs” şüarı ilə genişmiqyaslı ağacəkmə aksiyasına başlanılıb.
Kompleksdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin dəstəyi ilə keçirilən ekoloji aksiya zamanı kompleksin ətrafında və rayonun müxtəlif ərazilərində 600-dən çox ağacın əkilməsi nəzərdə tutulur.
On gün davam edəcək aksiyanın əsas məqsədi təbiətin mühafizəsinə töhfə verməkdən, həm də cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına xidmət etməkdən ibarətdir.