Qubada keçirilən futzal üzrə turnirdə 10 komanda mübarizə aparır
Quba, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan futzal turnirinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda qalib adı uğrunda mübarizə aparır.
Turnirin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini anmaq, rayonda yeniyetmə və gənclərin futbola marağının artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Yarışlara may ayında yekun vurulacaq. Qalib komandalar təşkilatçılar tərəfindən kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:20]
22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır
- 16.06.2026 [12:14]