Quldurluq edən Lənkəran rayon sakinləri olan üç nəfər saxlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
Quldurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 29-da Masallı rayonunun İsi kənd sakini F.Əhədovun yaşadığı evə girib yumruqla ev sahibinin sifət nahiyəsinə xəsarət yetirərək 1500 manat pulunu almaqda şübhəli bilinən Lənkəran rayon sakinləri E.Cəfərli, əvvəllər məhkum olunmuşlar E.Məmmədzadə və R.İbadov Masallı Rayon Polis Şöbəsinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.
Faktla bağlı təhqiqat aparılır.