Qurban Qurbanov: Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var
Bakı, 4 iyun, AZƏRTAC
Bizi çətin və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni baş məşqçisi var. Çalışdığı klublarda uğurlu nəticələr qazanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan millisi ilə səfərdə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov iyunun 4-də təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib: “Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı oyun sərgiləyiblər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.
Qeyd edək ki, Qazaxıstan-Azərbaycan yoldaşlıq oyunu iyunun 5-də “Astana Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]