Quterreş bu həftənin sonlarında Suriyaya səfər edəcək
Vaşinqton, 21 iyul, AZƏRTAC
BMT Baş katibi Antonio Quterreş bu həftənin sonlarında Suriya hökumətinin dəvəti ilə Suriyaya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Dəməşqdə o, Prezident Əhməd Əl-Şaraa, eləcə də xarici işlər naziri Əsəd Əl-Şeybani də daxil olmaqla digər hökumət rəsmiləri ilə görüşəcək.
Bu, Antonio Quterreşin Birləşmiş Millətlər Təşkilatının Baş katibi kimi Suriyaya ilk səfəri olacaq.
“Suriyada olduğu müddətdə o, Birləşmiş Millətlər Təşkilatının ölkə tarixinin bu həlledici dövründə Suriya hökumətinə və Suriya xalqına dəstək vermək öhdəliyini bir daha təsdiqləyəcək. Baş katib, həmçinin Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayacaq”, - deyə BMT-nin səfərlə bağlı açıqlamasında deyilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]