“RABİTƏ-SORĞU-2008” FƏALİYYƏTƏ BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya, poçt, radio, televiziya yayımı, internet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, müraciət və təklifləri təhlil edərək tədbir görmək məqsədi ilə sentyabrın 10-dan oktyabrın 10-dək “Aztelekom” İstehsalat Birliyində “Rabitə-sorğu-2008” xidmətini təşkil edəcəkdir.
Həftənin iş günləri saat 10:00-dan 17:00-a qədər 443-49-10 nömrəli telefon, rabitasorğ[email protected] elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarınızı bildirə bilərsiniz.
Qeyd edək ki, respublikanın bütün bölgələrindən bu nömrəyə zənglər pulsuzdur.