RADİOMONİTORİNQ SİSTEMİNİN TƏŞKİLİ ÜZRƏ MÜZAKİRƏLƏR APARILACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları sentyabrın 10-da Almaniyanın Hamburq və Münhen şəhərlərinə ezam olunacaqlar.
Alman mütəxəssisləri ilə Azərbaycanda radiomonitorinq sisteminin təşkili ilə bağlı müzakirələr aparılacaq, Almaniyanın bu sahədə təcrübəsi öyrəniləcəkdir.
Səfər sentyabrın 16-dək davam edəcəkdir.