“Rail Baltica” dəmir yolu xətti NATO-nun hərbi texnikalarının daşınması üçün uyğunlaşdırılacaq
Riqa, 27 noyabr, AZƏRTAC
“Rail Baltica” dəmir yolu xəttinin inşası çərçivəsində NATO bölmələrinin ağır texnika ilə Litvadakı hərbi təlimlərdə iştiraka gələrkən çətinliklə üzləşməməsi məqsədilə hərbi texnikalar üçün 4 meydançanın inşası nəzərdə tutulur.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə Litva Dəmir Yolları İdarəsi məlumat yayıb.
Bildirilir ki, texnikaların qatarlara yüklənməsi və boşaldılması baxımından əlverişli olan meydançalar 2026-cı ilədək Kazlu-Ruda bölgəsində, Palemonasdakı Kaunas intermodal terminalında, Yonava və Panevijes məntəqələrində qurulacaq. Bu meydançaların təxminən 300 texnikaya sahib 3 heyəti eyni vaxtda qəbul edəcəyi ehtimal olunur. Meydançalar avtomobil yolu şəbəkəsinə də qoşulacaq.
Qeyd edək ki, hazırda dəmir yolu ilə daşınan NATO hərbi texnikaları Polşa ilə sərhəddə − Şeştokay terminalında boşaldılır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]