Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramiz Alıyev: İnsan alveri ilə mübarizə Azərbaycanda real nəticələrə əsaslanan dövlət siyasətidir

Ramiz Alıyev: İnsan alveri ilə mübarizə Azərbaycanda real nəticələrə əsaslanan dövlət siyasətidir

Bakı, 9 yanvar, AZƏRTAC

İnsan alveri qurbanlarına göstərilən sosial xidmətlərin əhəmiyyətli hissəsi dövlət-QHT əməkdaşlığı çərçivəsində həyata keçirilir. Daxili işlər naziri, Milli Koordinator və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi artıq 20 ildən çoxdur ki, bu sahədə qeyri-hökumət təşkilatları ilə sıx və sistemli əməkdaşlıq qurub və bu əməkdaşlıq hazırda da uğurla davam etdirilir. Əminliklə demək olar ki, formalaşmış bu model bir sıra inkişaf etmiş ölkələrin müvafiq qurumları üçün də nümunə ola biləcək səviyyədədir. Eyni zamanda, digər dövlət qurumları da qeyri-hökumət təşkilatları, xüsusilə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, onların təşəbbüslərini dəstəkləyir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və bir sıra dövlət qurumları hər il onlarla maarifləndirmə layihəsini maliyyələşdirir ki, bu da sahənin institusional inkişafına mühüm töhfə verir. Hazırda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası fəaliyyət göstərir. Koalisiyanın tərkibində 45 ixtisaslaşmış qeyri-hökumət təşkilatı birləşir. Koalisiya ilə Milli Koordinator arasında əməkdaşlıq memorandumu imzalanıb və bu sənəd çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, monitorinqlərin aparılması və insan alveri qurbanlarının müəyyən edilməsi istiqamətində birgə fəaliyyət uğurla davam etdirilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda indiyədək insan alverinə qarşı mübarizə üzrə 2004-2008-ci illərdə hüquqi və institusional bazanın formalaşdırılması, 2009-2013-cü illərdə qurbanların müdafiəsi və reabilitasiya sisteminin gücləndirilməsi, 2014-2018-ci illərdə profilaktika və monitorinq mexanizmlərinin inkişafı, 2020-2024-cü illərdə kibermühitdə insan alverinə qarşı mübarizə və beynəlxalq standartlara uyğunlaşma olmaqla ümumilikdə 4 Milli Fəaliyyət Planı qəbul olunub: “Hazırda 5-ci Milli Fəaliyyət Planı üzərində iş aparılır və 34 aidiyyəti dövlət qurumu tərəfindən Nazirlər Kabinetinə təkliflər təqdim olunub. Gözlənilir ki, yeni sənəd daha müfəssəl və strateji yol xəritəsi olacaq.

Dövlət tərəfindən maliyyələşdirilən ixtisaslaşmış sığınacaq fəaliyyət göstərir və hər il onlarla qurban burada təhlükəsiz şəkildə yerləşdirilir. Eyni zamanda, QHT-lər öz daxili imkanları və dövlət dəstəyi ilə yaratdıqları sığınacaqları da fəaliyyətə cəlb ediblər. Lakin regionlarda bu tip mərkəzlərin sayı hələ də məhduddur. İnkişaf etmiş ölkələrin təcrübəsində beynəlxalq təşkilatlar yerli QHT-ləri maliyyələşdirərək regionlarda sığınacaqların yaradılmasına dəstək göstərirlər. Təəssüf ki, bəzi beynəlxalq qurumlar Azərbaycanda bu praktikanı tətbiq etmək əvəzinə, reallığı əks etdirməyən hesabatlara üstünlük verirlər ki, bu da mübarizənin effektivliyinə mənfi təsir göstərir”.

QHT sədri qeyd edib ki, mövcud araşdırmalar və son rəsmi məlumatlar göstərir ki, Azərbaycan vətəndaşları insan alveri məqsədilə əsasən region ölkələrinə və Yaxın Şərq istiqamətinə yönləndirilirlər: “Qadınlar daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Qətər və bəzi digər ölkələrdə cinsi istismara məruz qalırlar. Kişilər isə əsasən Rusiya Federasiyası, İran, İraq və digər ölkələrdə məcburi əməyə cəlb olunurlar. Bu bölgü insan alveri şəbəkələrinin fəaliyyət mexanizmləri və həmin ölkələrdə mövcud əmək bazarındakı tələbatla birbaşa bağlıdır. Belə ki, qadınlar xidmət və əyləncə sektorları adı altında aldadılaraq cinsi istismara cəlb olunur, kişilər isə tikinti, kənd təsərrüfatı və digər ağır əmək sahələrində qeyri-qanuni şəkildə işlədilirlər.

“Aparılan mübarizə onu göstərir ki, insan alverinə qarşı mübarizə Azərbaycanda formal kampaniya deyil, ardıcıl və real nəticələrə əsaslanan dövlət siyasətidir. Bu sahədə güclü siyasi iradə mövcuddur, hüquqi mexanizmlər işlək vəziyyətdədir, hüquq-mühafizə orqanları isə peşəkar şəkildə fəaliyyət göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar qərəzli yanaşmalardan uzaq duraraq regionlarda sığınacaqların yaradılması, yerli qeyri-hökumət təşkilatlarının institusional gücləndirilməsi istiqamətində real və məqsədyönlü dəstək göstərsələr, insan alverinə qarşı mübarizənin effektivliyi daha da artmış olar”, - deyə R.Alıyev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib