Ramiz Çovdarov millimizin qitə birinciliklərində 200-cü qolunu vurub
Bakı, 16 aprel, AZƏRTAC
Yunanıstan millisi ilə keçirilən oyunda qələbə qazanan millimiz həm də seçmə mərhələyə yekun vurub. Yunanıstan yığması ilə duel komandamız üçün yubiley qolunun vurulması ilə də əlamətdar olub.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz indiyədək iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurmuşdu. Futzalçılarımız cari seçmə mərhələdə isə rəqib torunu 22 dəfə silkələyib. Bununla da qitə birinciliklərində 200-cü qol vurulub. Qolun müəllifi isə Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov olub.
Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Hollandiyada keçirilmiş Avropa çempionatının seçmə mərhələsində Polşa ilə görüşdə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan komandamız indiyədək 57 matçda gücünü sınayıb. Bu oyunlardan 28-də qələbə qazanan millimiz 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan futzalçılarımız rəqib torunu 200 dəfə silkələyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]