Azərbaycan Dövlət İnformasiya Agentliyi

RAYON ZİYALILARI, AĞSAQQALLARI VƏ MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Heydər Əliyev parkında Ağdaş rayonunun bir qrup ziyalısı, ağsaqqalı və müharibə veteranı ilə çay süfrəsi arxasında görüşdü. 

Səmimi söhbət zamanı ağsaqqallar adından çıxış edən Rafiq Nəbiyev dövlətimizin başçısının Ağdaşa səfərini yüksək qiymətləndirdi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin tarixi xidmətlərindən danışdı. O dedi ki, ulu öndər bizim üçün əbədiyaşar dövlət qurubdur. Təskinlik tapırıq ki, onun qurduğu dövlət Sizin kimi oğul tərəfdən daha da möhkəmlənir, güclənir və qüdrətlənir. Siz bizim fəxrimizsiniz. Siz xarici səfərlərinizdə bizə demokratiya dərsi keçənlərin, mədəniyyət öyrədənlərin hamısının dərsini verirsiniz. Biz bunu ürəkdən deyirik. Allah Sizi saxlasın, işinizi avand eləsin.

Dövlətimizin başçısı vurğuladı ki, Heydər Əliyevin davamçısı kimi, Prezident kimi bu, mənim borcumdur.

Ziyalılar adından Prezidentə minnətdarlığını bildirən Şah Səlimov 100 mindən çox əhalisi olan Ağdaş rayonunda son illər görülən quruculuq işlərində dövlətimizin başçısının rolunu yüksək dəyərləndirdi. O, ümummilli lider Heydər Əliyevin rayona dəfələrlə etdiyi səfərləri ilə bağlı xatirələrdən söhbət açaraq dedi ki, biz ulu öndəri ürəyimizdə və əməlimizdə yaşadırıq. Heydər Əliyev ağdaşlıların ən yaxın, sədaqətli dostu idi. Onun bizə verdiyi tövsiyələr yaxşı yadımızdadır. İndi rayonda geniş quruculuq işləri gedir və bu, hamıya xoş təsir bağışlayır. Bunun bünövrəsini qoyan məhz Heydər Əliyev olmuşdur. Onun məktəbinin yetirməsi Sizsiniz. Sizə bu çətin, şərəfli işdə uğurlar arzulayırıq, qədəmləriniz uğurlu olsun. Biz həmişə Heydər Əliyevi dəstəkləmişik, Sizi də dəstəkləyirik. Hər zaman Sizə arxayıq.

İLHAM ƏLİYEV: Xoş sözlərinizə görə çox sağ olun!

Mənim vəzifəm, borcum Azərbaycan xalqına xidmət etməkdir. Prezident seçkilərinə də bu məramla qatılaraq iştirak edirdim. Çünki mənim başqa amalım yoxdur. Regionların inkişafı, iqtisadiyyatın yüksəlişi, insanlarımızın daha da yaxşı yaşaması - bunlar prioritet məsələlərdir. Gündəlik fəaliyyətimdə bu məsələlər daim diqqət mərkəzindədir.

İlk növbədə, əlbəttə, gərək iqtisadiyyat daha da güclü inkişaf etsin. Heydər Əliyevin böyük əsəri olan neft kəmərinin tikintisi təkcə neft məsələsi deyil, bu, Azərbaycana böyük həcmdə vəsait, pul gətirəcəkdir. Biz gərək ondan səmərəli istifadə edək ki, ölkəmizin hər bir yeri, rayonu inkişaf etsin. İndi regionların inkişaf proqramı həyata keçirilir. İlk addımlardan biri bu idi. Çünki hamımız yaxşı bilirik ki, Bakı paytaxtdır. Bütün ölkələrdə paytaxta ən böyük diqqət göstərilir və demək olar ki, paytaxt hər bir ölkənin təcəssümüdür. Amma paytaxtla bölgələr arasında bu qədər fərq ola bilməz. Bu fəlsəfə Heydər Əliyevin fəlsəfəsidir. Bizim Azərbaycan xalqının tam əksəriyyəti bölgələrdə, rayonlarda yaşayır.

Mən xatırlayıram, bu gün mənə şəkil də verildi, 1981-ci ildə onunla bərabər Ağdaşa gəlmişdim. Onun həyatını görürdüm, Azərbaycan haqqında, gələcək haqqında fikirlərini görürdüm. O, bölgələrə, rayon camaatına bağlı idi. Mən şəhərdə doğulmuşam, böyümüşəm, məktəbə getmişəm və sonra Moskvada oxumuşam. Amma mənim də ürəyim buradadır. Regionların inkişafı sadəcə olaraq, abadlıq işlərinin görülməsi demək deyildir. Regionların inkişafı Azərbaycan xalqının tərəqqisidir, ölkəmizin güclənməsidir. İndi fərz etsək ki, biz buna diqqət yetirmirik, onda nə olacaq?! Bakı tərəqqi edəcək. Bəs bölgələr nə olacaq?! Buna imkan vermək olmaz. Mən bütün diqqətimi buna yönəldirəm.

Bakıda işlər gedir, orada da problemlər var. Onları da həll edirik. Amma bütün rayonları gəzirəm ki, özüm görüm, proqram necə icra olunur, hansı rayonda işlər necə gedir. Harada ki görürəm işlər yaxşı getmir, rəhbər işçiləri dərhal işdən götürürəm. Əgər işin öhdəsindən gələ bilmirsə, deməli, orada işləyə bilməz.

Mən bu gün Rafiq Niftəliyev barədə dedim. Xaçmazda da özünü yaxşı doğrultdu. Heydər Əliyev də onu Ağdaşa təyin etdi. Buradan da yaxşı sədalar, məlumatlar gəlir. Eşitmişdim ki, yaxşı işləyir. Buraya gəldim və görürəm ki, həqiqətən belədir. Əlbəttə, problemlər var. Bunlar hər bir ölkədə var, o cümlədən Azərbaycanda da. Başlıcası odur ki, problemlərə necə yanaşılır. İnsanlara necə münasibət göstərirsən. Diqqət göstərirsənmi, yoxsa yox. Elə rəhbər var ki, hesab edir, bütün dünya ona borcludur. Belə adamlar bizə lazım deyildir. Məni rayonlarda təmsil edən icra hakimiyyətinin başçılarıdır, yəni mənim birbaşa nümayəndələrimdir. Əgər icra hakimiyyətinin başçısı yaxşı işləmirsə, xalqın etimadını qazana bilməyibsə, deməli, istər-istəməz xalqın iqtidara münasibəti yaxşı ola bilməz.

Ona görə əgər biz Bakıda proqramlar həyata keçiririksə, gərək yerlərdə eyni həvəslə, bacarıqla bu məsələləri həll edək. İlk növbədə yoxsulluğun, işsizliyin azaldılması, enerji ilə, su ilə, qazla, istiliklə təminat və yeni iş yerlərinin açılması sahəsində tədbirlər görürük.

Əlbəttə, bu təməl 1990-cı illərin ortalarında qoyulmuşdur. Ondan əvvəl isə, 1970-ci illərdə qoyulmuşdur. Siz də bunu yaxşı bilirsiniz. Məhz o illərdə rayonlar inkişaf elədi. Sonra çətin bir dövr oldu, tənəzzül başladı. Səriştəsiz, bacarıqsız rəhbərlərin yarıtmaz siyasəti Azərbaycanı məhvə aparırdı, ölkə dağılmaq ərəfəsində idi, iqtisadiyyat çökürdü, hərc-mərclik, xaos var idi. Mən bunların aradan qaldırılması üçün Heydər Əliyev tərəfindən necə böyük səylər göstərildiyini çox yaxından görmüşəm. Təxminən 1990-cı illərin ortalarında artıq sabitləşmə yarandı və yavaş-yavaş inkişaf başlandı. Bu gün inkişaf sürətlə gedir. Eyni zamanda maaşların, minimum əmək haqlarının, pensiyaların qaldırılması vacibdir. Bunlar da iqtisadiyyatla bağlıdır. Çünki güclü iqtisadiyyat olmasa, heç nə olmaz.

Əfsuslar olsun ki, Azərbaycan uzun illər ərzində və elə indi də dünya birliyi tərəfindən o qədər də böyük diqqətlə əhatə olunmur. Biz görürük ki, başqa ölkələrə yardımlar da, kömək də göstərilir. Bizə gəldikdə isə, bunu görmürük. Ona görə gərək iqtisadiyyatımızı özümüz gücləndirək, özümüzə güvənək, heç kimdən yardım gözləməyək. Halbuki müstəqilliyimizin ilk illərində vəziyyət çox ağır idi.

Mən bu yaxınlarda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müşavirə keçirdim. Bu sahədə də irəliləyiş var. Böyük bir dərddir - bir milyon insan evsiz-eşiksizdir, çadırda, yataqxanada, yararsız binalarda yaşayır. Bunları yerləşdirmək, normal şəraitlə təmin etmək üçün nə qədər vaxt və vəsait lazımdır. İlk illərdə bu vəsait yox idi. Haradan olsun ki, ölkə dağılırdı.

İndi biz neft strategiyasından söhbət açırıq. Əgər o vaxt müqavilə imzalanmasaydı, bugünkü uğurların biri də olmazdı. Ona görə də ardıcıl siyasət lazımdır. Düzdür, bu, vaxt aparır, vaxt da gedir. Amma bu siyasət öz bəhrəsini verir. Mənim başqa amalım yoxdur. Mənim əsas məqsədim xalqa xidmət etmək və əlimdən gələni etməkdir ki, daha da yaxşı olsun. Hər bir vətənpərvər insanın məqsədi olmalıdır. Vətənə bağlılıq, sevgi, məhəbbət hər birimizdə, xüsusilə gənc nəsildə olmalıdır. Gənc nəsil yeni şəraitdə, müstəqillik şəraitində formalaşır. Onlarda vətənpərvərlik ruhu güclü olmalıdır. Siz, müharibə veteranları onlar üçün nümunəsiniz, örnəksiniz.

ŞAH SƏLİMOV: Cənab Prezident, bizdən nə asılıdırsa, onu etməyə hazırıq.

Bir məsələ yadıma düşdü. Bilirsiniz ki, Xəzər İsayev bizim yerlimizdir. O, hər dəfə buraya gələndə yeni təkliflə çıxış edir. Əgər mümkünsə, Ağdaşda olimpiya kompleksinin tikilməsini nəzərdə tutmağınızı gənclər adından xahiş edirəm.

İLHAM ƏLİYEV: Yaxşı. Ağdaşda olmalıdır. Bilirsiniz ki, Prezidentin müavinləri yoxdur. Amma Xəzər İsayev Milli Olimpiya Komitəsində mənim müavinimdir.

RAFİQ NƏBİYEV: Cənab Prezident, ağdaşlılar həmişə Xəzər İsayevi töhmətləndirir, ondan nəsə umurlar. Belə olsa, onun canını bu töhmətdən qurtararsınız.

İLHAM ƏLİYEV: O, çox təvazökar adamdır. Mən ondan çox razıyam. Sizin rayona bundan sonra da gələcəyəm. Hər dəfə bu abadlıq, quruculuq işlərini görəndə ürəyim açılır. Sevinirəm ki, burada inkişaf gedir.

ŞAH SƏLİMOV: Cənab Prezident, inanın ki, bu quruculuq işləri ailələrə mədəni şəkildə daxil olmağa başlayıbdır. Bunu alqışlamaq lazımdır.

İLHAM ƏLİYEV: Sağ olun, salamat olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun