RAYONLARIN SU–KANALİZASİYA ŞƏBƏKƏSİNİN YENİDƏN QURULMASINA 720 MİLYON DOLLAR XƏRCLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 43 rayonunun su-kanalizasiya sisteminin yenidən qurulmasına 720 milyon dollar vəsait xərclənəcəkdir.
Bu günlərdə Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında Azərbaycanda su-kanalizasiya şəbəkəsinin yenidən qurulmasının ikinci milli layihəsi ilə bağlı kreditin ayrılması barədə müqavilə imzalanmışdır.
Maliyyə Nazirliyindən bildirmişlər ki, Azərbaycanın 21 rayonunu əhatə edəcək ikinci layihənin ümumi dəyəri 410 milyon dollar təşkil edir. Bu məbləğin 260 milyon dolları Dünya Bankı, 150 milyon dolları isə Azərbaycan hökuməti tərəfindən ayrılacaqdır.
Ötən ilin avqustunda imzalanmış 22 rayonu əhatə edən
birinci layihəyə Dünya Bankı 230 milyon, Azərbaycan tərəfi isə 80 milyon dollar vəsait ayırmışdır.