“Real Madrid” klubunun futbolçuları videotəkrar texnologiyasından narazıdırlar
Bakı, 16 dekabr, AZƏRTAC
“Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo videotəkrar texnologiyasından narazılığını ifadə edib.
AZƏRTAC xəbər verir ki, İspaniya təmsilçisi klublararası dünya çempionatının yarımfinal mərhələsində “Amerika” komandasına (2:0) qalib gəldikdən sonra Ronaldo yeni texnologiya ilə bağlı fikrini bölüşüb. Belə ki, görüşə əlavə olunmuş üçüncü dəqiqədə Kriştiano Ronaldo qol vurduqdan sonra oyunun baş hakimi əvvəlcə mərkəzi göstərsə də, ardından videotəkrar texnologiyasından gələn xəbərdarlıqla epizodun ofsayd olması güman edilib. Ancaq hakim bu qərarının da üzərində çox dayanmayıb. Referi nəticədə yenidən mərkəzi göstərərək qolu qeydə alıb. Oyunda yaranmış bu anlaşılmazlıq videotəkrar texnologiyası ilə bağlı suallar yaradıb.
Video texnologiya və futbol bir-birinə tərs mütənasibdir deyən portuqaliyalı ulduz fikrini belə əsaslandırıb.
Kral klubunun xorvatiyalı ulduzu Luka Modriç də qarşılaşmadan sonra yeni texnologiyanı tənqid edib: “Yeni üsuldur, ancaq düzünə qalsa, mən bəyənmədim. Qarışıqlığa səbəb olur. Yəqin ki, bu texnologiyadan daha istifadə edilməz”.
Qeyd edək ki, Yaponiyanın ev sahibliyi etdiyi turnirin finalında yerli “Kasima Antlers” komandası ilə “Real Madrid” üz-üzə gələcək. Görüş dekabrın 18-də keçiriləcək.