Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
Ankara, 21 aprel, AZƏRTAC
Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb. Bu vəsaiti ehtiyac olan vaxt üçün tədarük etmişik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.
Gündəlikdəki mühüm məsələlərlə yanaşı, Türkiyə Mərkəzi Bankından guya 128 milyon ABŞ dolları məbləğində vəsaitin yoxa çıxmasına dair şayiələrə də aydınlıq gətirən Prezident Ərdoğan əminliklə bildirib ki, bütün bunlar uydurulmuş yalan və iftiradır. Bütün sahələrdə olduğu kimi, maliyyə sektorunda da AKP-nin siyasətinin açıq və şəffaf olduğunu deyən Rəcəb Tayyib Ərdoğan bildirib: “Mərkəzi Bankın ehtiyatlarını 27,5 milyard dollardan 135 milyard dollara yüksəltmişik. Bu ehtiyatı bankda saxlamaq üçün deyil, ölkəmizin ehtiyacı olanda istifadə etmək üçün toplamışıq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]