“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir
Bakı, 1 mart, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəblərdə təşkil edilib. Hər iki seminar Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. İcmallar Aidə Məmmədova və Nərminə Zeynalovanın təqdimatında müvafiq olaraq IV sinif dərsliyindəki “Unudulmuş dost” və IX sinif dərsliyindəki “Yaradıcılığı gülüş və musiqi ilə yoğurulmuş xanım. Tabeli mürəkkəb cümlələri bağlayan vasitələr” mövzuları üzrə olub.
Seminarlar zamanı dərsin planlaşdırılması, vaxt bölgüsü, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, fənlərarası inteqrasiya, dərsdə qiymətləndirmə meyarlarının şagirdlərə əvvəlcədən elan olunması və qiymətləndirmənin ona uyğun aparılması, fəal təlim metodlarının tətbiqi, tapşırıqların seçilməsi, yaradıcı tətbiqetmə, mətn üzrə iş məsələləri müzakirə edilib.
Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]