Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Ulu öndər Heydər Əliyevin ideyaları uğurlarımızın təməl prinsipidir

Rəşad Mahmudov: Ulu öndər Heydər Əliyevin ideyaları uğurlarımızın təməl prinsipidir

Bakı, 3 oktyabr, AZƏRTAC

1993-cü ilin 3 oktyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ölkəmizin həyatında yeni bir inkişaf mərhələsi başlayıb, xalqımız gələcək taleyini, müqəddəratını həll edib.

Ulu Öndərin 28 il bundan əvvəl mütləq səs çoxluğu ilə Prezident seçilməsi sonrakı dönəmdə Azərbaycanı üzləşəcəyi bir çox bəlalardan xilas etdi, xalqımızın qurtuluş yoluna aydınlıq gətirdi, respublikamızı daxili və xarici qüvvələrin yaratdığı təlatümlərdən qorudu, yenicə qovuşduğu kövrək müstəqilliyinin, dövlətçilik prinsiplərinin qorunmasını şərtləndirdi.

Ümummilli Lider 1993-cü il 3 oktyabr tarixi prezident seçkilərində 98.84 faiz səs əldə etməklə - böyük üstünlüklə qələbə qazanması təsadüfi deyildi. Çünki o dövrdə Azərbaycanın hər bir vətəndaşı onu qarşıdakı ağır sınaqlardan, böhrandan çıxara, xilas edə biləcək şəxsiyyətin yalnız Heydər Əliyev olduğunu anlayırdı. Xalqımız Ümummilli Liderin qurucu, yaradıcı olduğunu yaxşı bilirdi, sabah hansı çətin, mürəkkəb hadisələrlə rastlaşacağı təqdirdə onu bu çətinliklərdən qurtara biləcək qüvvənin məhz dahi Heydər Əliyev olduğunu dərindən dərk edirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat daha sonra deyib: “1993-cü il 3 oktyabr tarixindən sonra Azərbaycanın siyasi-ictimai həyatında baş verən hadisələr xalqımızın belə bir seçim aparmasında yanılmadığını, sabahı, gələcəyi dürüst müəyyənləşdirdiyini təsdiqlədi. Çünki Ümummilli Liderin ölkə rəhbərliyinə gəlməsi üçün səs verən hər bir şəxs Azərbaycanın müstəqillik yolunda inamla irəliləməsi, ərazi bütövlüyünün qorunması kimi taleyüklü məsələlərin həllində möhkəm siyasi iradəyə və yüksək nüfuza, idarəçilik istedadına malik olan Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin önəmli rol oynayacağını dərindən bilirdi.

Xalqımız bu düşüncələr içərisində keçmişi, ötənləri də yaddan çıxarmırdı: Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə təyin ediləndə Azərbaycan sosial-iqtisadi sahələrdə böhran yaşayırdı, xalqın maddi-rifahı ağır idi. Ölkə sənayesi, kənd təsərrüfatı tənəzzüllə üzləşmişdi. Kənd və şəhərlərimizdə quruculuq, müasirləşmə demək olar ki, yada düşmürdü. Lakin dahi şəxsiyyətin qısa müddətdəki səmərəli, gecə-gündüzlü yorulmaz, gərgin fəaliyyəti Azərbaycanı başdan-başa gülüstana, tikinti-quruculuq meydanına çevirdi, sənayedə, aqrar sahədə parlaq göstəricilər əldə edildi. İnsanların sosial şəraiti əsaslı şəkildə yaxşılaşdırıldı. Dahi rəhbər sonrakı mərhələdə Moskvada ali rəhbər vəzifədə olarkən də Azərbaycanı unutmadı, onun daha da çiçəklənməsi, qüdrətlənməsi istiqamətində önəmli işlər gördü”.

Rəşad Mahmudov təəssüflə qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində xalqımızın başına müsibətlər gətirildi. Hakimiyyət, vəzifə hərisləri arasında kürsü davası aparıldı. Vəzirov-Mütəllibov rejiminin, Xalq Cəbhəsi-Müsavat cütlüyünün bacarıqsızlığı, səriştəsizliyi üzündən ölkə gündən-günə zəiflədi, qarşıdurmalar vətəndaş müharibəsi həddinə çatdı. Erməni seperatçıları respublikada yaşanan bu durğunluq və özbaşınalıqdan yararlanaraq, torpaqlarımızın 20 faizini işğal etdi. Amma bu, bir həqiqətdir ki, əgər o dövrdə ölkədə sağlam düşüncəyə əsaslanaraq, Ulu Öndər respublika rəhbərliyinə dəvət edilsəydi, Azərbaycan qanlı faciələr yaşamazdı, xəyanətlərin acısını çəkməzdi, ərazilərimizin böyük bir hissəsi erməni faşizminin tapdağında qalmazdı.

“Ümummilli Liderin 1993-cü il oktyabrın 3-də prezident seçkilərində böyük üstünlüklə səs çoxluğu əldə edərək Azərbaycanda rəhbər fəaliyyətinə başlaması ilə xalqımız böyük bəlalardan, faciələrdən qorundu, ölkə sabitlik, iqtisadi inkişaf yoluna çıxdı, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılmasına başlandı. Bununla da müstəqil Azərbaycanda dahi Heydər Əliyevin ölkəyə rəhbərliyi timsalında Vətənə sədaqətlə xidmətin əyani nümunəsinin əsası qoyuldu.

Ümummilli Lider prezident seçkilərindən sonra, oktyabrın 10-da keçirilən andiçmə mərasimində çıxış edərək deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə, Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi. Ümummilli Lider yenidən hakimiyyətdə olduğu illərdə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırıldı. Respublikanın inkişafında yeni tarixi mərhələ başlandı. Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin gerçəkləşməsi prosesi əsaslı şəkildə sürətləndi, ölkədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilərək, dövlət çevrilişlərinin qarşısı alınaraq, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasına prioritet istiqamət kimi yanaşıldı. Bu məqsədlə ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Bütün bunlarla bərabər, ölkənin qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüslərin reallaşdırılması istiqamətində mühüm uğurlara imza atıldı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi ilə Azərbaycanın iqtisadi-siyasi uğurunun, beynəlxalq əməkdaşlığının təməl prinsipinin əsası qoyuldu.

Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyası yeni mərhələyə daxil oldu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.

Ulu öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin sütunlarını möhkəmlətmək üçün müstəqil dövlət təsisatları quruldu, ilk milli Konstitusiyamız qəbul edildi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi istiqamətində önəmli layihələr gerçəkləşdirildi”, - deyə deputat vurğulayıb.

Rəşad Mahmudov söhbətinin sonunda bildirib: “Azərbaycanın sürətli inkişafı son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən dövlətimizin başçısı ötən müddətdə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunda prioritetlik təşkil edən sülh, sabitlik və tərəqqi yolunda uğurlu nəticələrə nail olub, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəkləşdirib. Son 18 ilin uğurları sırasında isə ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumu nəticəsində Silahlı Qüvvələrimizin əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlanması və bu savaşda əldə edilən möhtəşəm Qələbə ilə ərazi bütövlüyümüzün bərpa olunması xüsusi yer tutur.

Bu möhtəşəm Zəfərlə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev respublikamıza rəhbərliyi dönəmində verdiyi bütün vədlərdə olduğu kimi, Qarabağı qəsbkardan azad edəcəyi sözündə də sadiqliyini təsdiqlədi, Azərbaycan xalqına və dövlətinə tarixdə bənzəri olmayan bir qalibiyyət yaşatdı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib