Rəsədxana: Oktyabrın 15-16-da geomaqnit qasırğası gözlənilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı artıb. Oktyabrın 7-12-də güclü geomaqnit qasırğası (G1-G4) baş verib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.
Oktyabrın 14-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac kütlə atılmalarının (TKA) təsiri ilə oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.
Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi axınlarının və oktyabrın 11-də 3854 regionunda baş vermiş TKA–nın təsiri ilə artacağı gözlənilir.
Oktyabrın 11-də baş vermiş TKA və yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə oktyabrın 15-16-da G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]
Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO
- 13.06.2026 [08:05]