RESPUBLİKA ELMİ KONFRANSINA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycanda tibb elminin tarixi” mövzusunda iki gün davam edən respublika konfransına fevralın 2-də yekun vurulmuşdur.
Konfransın birinci günü Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru Fərid Ələkbərli ümumi iclası açaraq tədbirin əhəmiyyətindən, müasir dünyada Şərq təbabətinə artan maraqdan, Əlyazmalar İnstitutunda tibbə aid zəngin materiallardan danışmışdır.
Azərbaycan Tibb Universitetinin professorları Mehman Ağayevin, Məmməd Sadıq Abdullayevin, Cavad Təqdisinin, Məhbubə Vəliyevanın və başqalarının məruzələrində orta əsrlərdə Azərbaycanda, o cümlədən Yaxın Şərqin bir sıra ölkələrində tibb elminin inkişafından ətraflı söz açılmışdır.
Plenar və bölmə iclaslarında ümumilikdə 39 məruzə dinlənilib müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]