RESPUBLİKAMIZIN RAYONLARINDA BARAMA TƏDARÜKÜNƏ BAŞLANILMIŞDIR
Keyfiyyətli məhsul yetişdirib yüksək məhsuldarlıq əldə etdiyinə və respublika üzrə ilk məhsul təhvil verdiyinə görə “Şəki-İpək” ASC-nin rəhbərliyi kümdar Əmir Qasımovu rəngli televizorla mükafatlandırmışdır. Cəmiyyətin rəhbərliyi kümdarlar arasında maddi-maraq prinsipləri aşılamaq üçün gələcəkdə belə həvəsləndirmə metodlarından müntəzəm istifadə etməyi planlaşdırır.
Qeyd etməliyik ki, “Şəki-İpək” ASC-nin tam gücü ilə fəaliyyət göstərməsi üçün il ərzində 1000 tona yaxın yaş və ya 350 ton quru barama tələb olunur. Respublikamızın baramaçılıq rayonlarını ötən il yalnız 80 tona yaxın yaş barama tədarük edə bilmiş, xammalın böyük hissəsi Özbəkistandan gətirilmişdir. Bütün bunları nəzərə alan səhmdar cəmiyyətin rəhbərliyi müəssisənin xammala olan tələbatını daxili imkanlar hesabına ödəmək və kombinatda fasiləsiz iş rejimini təmin etmək məqsədilə cari ildə baramaçılıq rayonları ilə işgüzar əlaqələri daha da genişləndirmişdir.