Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, sınaq imtahanı DİM-in Bakı şəhəri Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda 90 nəfər iştirak edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]