Robert Katler: Qərbin inkişaf etmiş silahlarının İrəvana verilməsi regionda gərginliyi artıracaq
Bakı, 31 yanvar, AZƏRTAC
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana izafi dəstəyi onun fəaliyyətini şübhə altına qoydu. Bununla Fransa özünün Cənubi Qafqazdakı rolunu gücləndirməyə çalışırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsinə onlayn formada qoşulan Kanadanın Ottavadakı Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş elmi işçisi Robert Katler söyləyib.
O bildirib ki, Fransanın getdikcə rolunu artırmağa çalışması, onun qeyri-obyektiv yanaşması maraqlı tərəflərdə narahatlıq yaradır.
“Fransanın, həmçinin Ermənistana iqtisadi dəstəyi, hərbi əməkdaşlığı Parisin birtərəfli yanaşmasının göstəricisidir. Eyni zamanda, hava hücumundan müdafiə sistemlərinin, gecəgörmə cihazlarının, “Bastion” zirehli maşınlarının və Qərbin inkişaf etmiş silahlarının İrəvana verilməsi regionda gərginliyi artıracaq. Bu gərginlik digər sahələrə də sirayət edəcək. Fransa Ermənistanın təhlükəsizliyini gücləndirməklə öz nüfuzunu artırmağa davam edərsə, Rusiya, Türkiyə və İran Parisin regiondakı təsirini azaltmağa çalışacaq”, - deyə Robert Katler vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]