Robert Muqabe Zimbabvenin milli qəhrəmanı elan olunub
Əddis-Əbəbə, 7 sentyabr, AZƏRTAC
Zimbabvenin keçmiş prezidenti Robert Muqabe ölkənin hakim Zimbabve Afrika milli birliyi - “Vətənpərvər” cəbhəsi tərəfindən milli qəhrəman adına layiq görülüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Zimbabvenin prezidenti Emerson Mnanqaqva bəyan edib. Onun sözlərinə görə, Muqabe Afrikanın müstəmləkə zülmündən azad edən mübarizlər nəslinin nümayəndəsidir və nəcib Zimbabve xalqı və digər Afrika xalqları bunu heç vaxt unutmayacaq. Ölkə başçısı həmçinin Robert Muqabenin dəfninə qədər matəm günlərinin davam edəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, 95 yaşlı Robert Muqabe bu gün uzunmüddətli xəstəlikdən sonra Sinqapurda dünyasını dəyişib. Hazırda ölkə rəhbərliyi Sinqapurla mərhumun cənazəsinin vətənə qaytarılması barədə danışıqlar aparır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [16:30]
Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO
- 12.05.2026 [16:26]
Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib
- 12.05.2026 [16:18]
Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb
- 12.05.2026 [15:56]
Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb
- 12.05.2026 [15:52]
Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub
- 12.05.2026 [15:30]
Belçikada orta əsr kəndləri ilə bağlı yeni arxeoloji tapıntılar aşkar edilib
- 12.05.2026 [15:18]