RƏSMİ XRONİKA
ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüzün ildönümü münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əmin olduğumu bildirirəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın qarşılıqlı iradəsinə və məramına uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, bütün həmməzhəblərinizə sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 aprel 2007-ci il.