Rüfət Mahmud: Numizmatika Muzeyi tarixi irsin tanıdılmasına mühüm töhfə verir
Bakı, 17 iyul, AZƏRTAC
Numizmatika Muzeyi İçərişəhərin qədim dini-memarlıq abidələrindən biri olan XII əsrə aid Aşur məscidində fəaliyyət göstərir. Muzeydə Azərbaycanın dövlətçilik tarixini əks etdirən, müxtəlif dövrlərdə ölkəmizdə dövriyyədə olmuş, eləcə də Azərbaycan ərazisində aşkar edilmiş sikkələr nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud məlumat verib.
Onun sözlərinə görə, pul yalnız ticarət vasitəsi deyil, həm də dövlətin qüdrətini, cəmiyyətin inkişaf səviyyəsini, ölkənin iqtisadi, ticarət və mədəni əlaqələrini əks etdirən mühüm tarixi mənbədir.
“Bu zəngin numizmatik irsin həm Azərbaycan vətəndaşlarına, həm də İçərişəhəri ziyarət edən yerli və xarici turistlərə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir”, – deyə Rüfət Mahmud vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]