Rumıniya mətbuatı Bakı Enerji Həftəsini geniş işıqlandırıb
Buxarest, 5 iyun, AZƏRTAC
Rumıniya mətbuatı Bakı Enerji Həftəsində iştirak edən ölkənin energetika naziri Virgil-Daniel Popeskunun Azərbaycana səfərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, ölkənin “Bursa”, “Capital”, “EuroActiv”, “Euro Politic News”, “Agerpres” milli xəbər agentliyi və digər nüfuzlu KİV-i Rumıniya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi, energetika naziri Virgil-Daniel Popeskunun Azərbaycan rəsmiləri ilə görüşü, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq məsələlərinə geniş yer verib. Həmçinin SOCAR-ın Rumıniyada fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri özündə birləşdirən məlumatlar da yerləşdirilib.
Rumıniya heyətinin Bakı Enerji Həftəsində iştirakı, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu da məqalələrdə yer alıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest