İDMAN
“Rusiya-2018”: İsveçrə millisinin yekun heyəti açıqlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Futbol üzrə İsveçrə milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Otmar Hitsfel açıqladığı heyətdə aşağıdakı futbolçular yer alıblar:
Heyətdə qapıçılar - Roman Bürki ("Borussiya Dortmund", Almaniya), İvon-Landri Mvoqo ("Leypsiq", Almaniya), Yann Sommer ("Borussiya Menxenbladbax", Almaniya), müdafiəçilər - Manuel Akandci ("Borussiya Dortmund", Almaniya), Yoan Dcuru ("Antalyaspor", Türkiyə), Niko Elvedi ("Borussiya Menxenbladbax", Almaniya), Mixayel Lanq ("Bazel", İsveçrə), Ştefan Lixtştayner ("Yuventus", İtaliya), Fransua Mubance ("Tuluza", Fransa), Rikardo Rodriqez ("Milan", İtaliya), Fabian Şer ("Deportivo", İspaniya), yarımmüdafiəçilər - Valon Behrami ("Udineze", İtaliya), Blerim Cemaili ("Bolonya", İtaliya), Gelson Fernandes ("Ayntraxt", Almaniya), Remo Froyler ("Atalanta", İtaliya), Cerdan Şakiri ("Stok Siti", İngiltərə) , Qranit Djaka ("Arsenal", İngiltərə), Stiven Zuber ("Xoffenxaym", Almaniya), Denis Zəkəriya ("Borussiya Menxenbladbax", Almaniya), hücumçular - Yosip Drmiç ("Borussiya, Menxenbladbax", Almaniya), Brel Embolo ("Şalke", Almaniya), Mario Gavranoviç ("Dinamo Zaqreb", Xorvatiya), Haris Səfəroviç ("Benfika", Portuqaliya) yer alıblar.
Qeyd edək ki, Almaniya yığması mundialda “E” qrupunda Braziliya, Kosta-Rika və Serbiya milliləri ilə mübarizə aparacaq.