Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulmuşdur
Bakı, 5 may (AZƏRTAC). Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu (cinayət hazırlama və cinayətə cəhd), 105-ci (adam öldürmə) və 222-ci (qanunsuz silah əldə etmə, satma, saxlama, daşıma) maddələri ilə axtarışda olan Rusiya vətəndaşı Ruslan Şamsudinov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Ramil Fərzəliyevi yaxalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]