Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERAL MƏCLİSİ FEDERASİYA ŞURASININ ÜZVÜ GENNADİ BURBULİSİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Sizinlə görüşmək imkanına görə çox sağ olun. Bizim mötəbər nümayəndə heyətimizdə mən Rusiya parlamentini təmsil edirəm. Sizi əmin edə bilərəm ki, bizim münasibətlərimiz məzmunlu, kifayət qədər konstruktiv və qarşılıqlı surətdə faydalıdır. Lakin bu gün burada xüsusi hisslər keçirirəm, çünki həyat elə gətirmişdir ki, - özü də bu, mənim üçün hadisə idi, hörmətli Heydər Əliyeviç Əliyevlə çox tez-tez görüşməli olurdum. Həmin çox mürəkkəb vəziyyətdə onun müzakirə etdiyimiz ideyaları, baxışları və qənaətlərinin əhəmiyyətini mən indi o vaxtkından daha çox başa düşürəm. Bizim bu gözəl axşam görüşümüzdə Sizdən belə bir suala cavab verməyi xahiş etmək istəyirəm. Biz buraya hər il gəlirik və əmin oluruq ki, dövlətin və ölkənin inkişafı üçün üç əsas var. Bu, sabit siyasi - dövlət sistemidir. Sizdə bu, göz qabağındadır. İkincisi, inamlı sosial-iqtisadi inkişafı təmin edən iqtisadi yüksəlişdir. Sizdə bu da göz qabağındadır. Üçüncü amil də var ki, o, indi bizim ölkəmizdə problemə çevrilir. Bu məsələ barədə Sizin baxışlarınızı bilmək istərdim. Bütün bunlar insanların təşəbbüsünü sərbəstləşdirən, ictimaiyyət üçün, vətəndaş cəmiyyəti təsisatları üçün qanunvericilik şəraiti yaradılması ilə bağlı olan amillərdir. Cənab Prezident, Siz həyatın bu sahəsini necə qiymətləndirirsiniz? Maraqlıdır, burada nə kimi perspektivlər var?

Yadımdadır, keçən il Siz qanunvericiliyi demokratikləşdirmək barədə danışdınız. Biz bunu qiymətləndirir, qəbul edirik. Şəxsən Sizin üçün nə kimi problemlər və perspektivlər mövcuddur?

İLHAM ƏLİYEV: Problemlər inkişafın keçid mərhələsini yaşayan hər bir ölkənin qarşılaşdığı problemlərlə oxşardır. Əlbəttə, bəziləri deyirlər ki, keçid mərhələsi bir qədər uzanır və hər şeyi keçid mərhələsi ilə bağlamaq, yəqin, düzgün olmazdı. Amma obyektiv olaraq bunu da inkar etmək olmaz. Çünki əgər iqtisadi potensialın möhkəmləndirilməsində müvəffəqiyyətə çox tez və müəyyən addımlarla, islahatlarla, iqtisadi təşəbbüslərlə nail olmaq mümkündürsə, əgər cəmiyyəti sıx birləşdirmək və ictimai əmin-amanlığa, həmrəyliyə nail olmaq mümkündürsə, cəmiyyətin demokratikləşməsi işində buna kömək edə biləcək hansısa dəqiq ifadə olunmuş tədbirlər mövcud deyildir. Bu, müxtəlif istiqamətlərdə baş verən prosesdir. Əlbəttə ki, müəyyənləşdirici amil bu məsələyə dövlətin münasibətidir. Bu məsələdə bizdə heç bir fikir ayrılığı yoxdur. Azərbaycan demokratiyanın, plüralizmin inkişafı prinsiplərinə tam sadiqdir. Bizdə söz azadlığı, öz fikrini ifadə etmək azadlığı və qalan bütün azadlıqlar tam mövcuddur. Siyasi partiyalar, demokratik təsisatlar da fəaliyyət göstərirlər. Azərbaycan Avropa Şurasının üzvü olmazdan əvvəl götürdüyü bütün öhdəlikləri, - bildiyiniz kimi, Avropa Şurası demokratik dəyərlərin qorunması və irəlilədilməsi baxımından nadir bir təşkilatdır, - biz yerinə yetiririk. Biz 2001-ci ildən Avropa Şurasının üzvüyük və bu üzvlük demokratik proseslərin inkişafı üçün qanunvericiliyi təkmilləşdirmək, əlverişli şərait yaratmaq baxımından çox böyük rol oynamışdır. Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə əvvəldən və Baş nazir təyin olunana qədər mən özüm başçılıq etmişəm. Ona görə də vəziyyəti daxildən və ölkəmizdə ictimai proseslərə nə kimi müsbət təsir göstərildiyini çox yaxşı bilirəm. Demokratiya inkişaf etdirilməsə, demokratik cəmiyyət yaradılmasa, iqtisadi uğurlar yarımçıq olacaq və ümumən, uzunmüddətli ola bilməz. Başqa misallar da var. Bilirik ki, qeyri-demokratik şəraitdə iqtisadiyyatın uğurla inkişaf etdiyinə dair misallar mövcuddur, lakin bütün bunlar müvəqqətidir. Bunlar cəmiyyətdə münasibətlərin ahəngdarlaşdırılmasına gətirib çıxara bilməz.

Azərbaycan öz xəttini bir neçə il əvvəl dəqiq müəyyən etmişdir. Bu, dövlətmizin strateji xətti və liderimizin seçimi idi və mahiyyəti də ondan ibarətdir ki, biz dünya birliyinə inteqrasiya yolu ilə irəliləyəcəyik. Cəmiyyəti demokratikləşdirmək və vətəndaş azadlıqlarını təmin etmək yolu ilə, demokratiyanın inkişafı yolu ilə gedəcəyik. Odur ki, bu, dərk edilmiş seçimdir. Atdığımız addımların hamısı bu istiqamətdə olmuşdur. Əlbəttə, deyə bilmərəm ki, bu sahədə vəziyyət idealdır. Belə deyildir. Problemlər mövcuddur, anlaşılmazlıq da mövcuddur. Lakin vətəndaşın imkanları və demokratik cəmiyyətdə hüquqları, təəssüf ki, bəzən düzgün şərh edilmir və qiymətləndirilmir. Məsələn, ölkədə hərc-mərclik yaradılmasını, kütləvi iğtişaşları demokratik inkişafın amilləri kimi biz heç zaman qəbul edə bilmərik.

Təəssüf ki, bu məsələdə bəzən anlayışlar dolaşdırılır. Demokratiya özbaşınalıq deyil, qayda-qanun deməkdir. Demokratiya qanuna hörmət və qanunun aliliyi deməkdir. Odur ki, demokratik proseslər və qanunvericilik çərçivəsində olan hər şey Azərbaycanda təşviq olunur, dəstəklənir və hökumət buna kömək etməyə çalışır. Lakin bu, demokratik proseslərin çərçivəsindən çıxdıqda, Azərbaycanda bəziləri hansısa şüarlarla pərdələnərək vəziyyətin sabitliyini pozmağa çalışdıqda, habelə biz həmin şüarlar altında Azərbaycanın milli mənafelərinin sarsıdılmasına yönəldilmiş hərəkətlər olduğunu hiss etdikdə, əlbəttə, buna sakitcə baxa bilmərik və Prezident kimi, mənim bundan yan keçməyə haqqım yoxdur. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təminat verilməsi Prezidentin ən mühüm vəzifələrindən biridir. Düşünürəm ki, demokratik proseslərin və inteqrasiya proseslərinin inkişafı baxımından regionda ümumi meyil artıq müəyyən edilmişdir. Əlbəttə ki, gələcəkdə bu yolda yeni mərhələlər, yeni dövrlər olacağı nəzərdə tutulur. Seçkilik, şəffaflıq prosesləri, korrupsiya ilə mübarizə, - yeri gəlmişkən, biz korrupsiya ilə mübarizə haqqında qanun qəbul etmişik və o, cari ildən qüvvəyə minib, - bütün bu tədbirlər cəmiyyətin demokratikləşməsinə kömək edəcəkdir.

İqtisadi azadlıq da mühüm amildir. İndi Azərbaycanda iqtisadi azadlığın səviyyəsi çox yüksəkdir. Sahibkarlığın inkişafına çox böyük diqqət yetirilir. Sahibkarlığa yardım göstərilməsi üçün bu il dövlət büdcədən kiçik özəl sektorun birbaşa güzəştli kreditləşdirilməsinə yönəldiləcək vəsaiti iki dəfə artırır. Ölkədə baş verənlər hətta kənardan da görünür. Məsələn, tikintinin çox böyük inkişafı. Bütün bunlar iqtisadi fəaliyyət və kommersiya fəaliyyəti üzərindən məhdudiyyətlərin tam götürülməsi sayəsində mümkün olmuşdur. Bütün yoxlama orqanlarına dəqiq göstərişlər verilmişdir ki, sahibkarlara heç bir maneçilik törətməsinlər. Mən Azərbaycan sahibkarları ilə dəfələrlə görüşmüşəm, onları dəstəklədiyimi birmənalı şəkildə açıq bəyan etmişəm və bütün müvafiq orqanları onlara kömək göstərməyə, yaxud, heç olmasa, əngəl törətməməyə çağırmışam.

Orta sinfin yaradılması bizim öncül vəzifələrimizdən biridir. Regionların inkişafı elə regionlarda orta sinfin yaradılması demək olacaqdır. İnsan - biznesmen, vətəndaş iqtisadi cəhətdən asılı deyilsə, siyasi cəhətdən də asılı olmur və bu zaman ona kiminsə tərəfindən təsir göstərmək çətin olur. Başqa sözlə, bu, bizim strateji vəzifəmizdir və biz ona doğru gedirik.

Deməliyəm ki, ötən il ərzində bu istiqamətdə çox böyük uğurlar qazanılmışdır. Azərbaycanda uzun illər mövcud olan “siyasi məhbuslar” deyilən məsələ də öz həllini tapmışdır. Axı, Azərbaycanda indiki vəziyyətə qiymət vermək üçün o zaman, 1990-cı illərin əvvəllərində - 1991-ci, 1992-ci illərdə nələr baş verdiyini bilmək lazımdır. Baş verənlər isə silahlı çevrilişlər, hökumətlərin devrilməsi idi. Bunlar hər il olurdu. Əlbəttə ki, mübarizə mövcud idi. Bu, siyasi mübarizə idi, əldə silahla aparılan hərbi mübarizə idi. Çoxlu qurban verilmişdi. Azərbaycanda baş vermiş vətəndaş müharibəsi azərbaycanlılar arasında müharibə idi. Əlbəttə, bütün bu daxili münaqişələr nəticəsində həbs olunmuş insanlar da var idi. Bu məsələ həm ölkədə, həm də xaricdə müzakirə olunurdu. 2003-cü ilin axırları və 2004-cü ilin əvvəllərində “siyasi məhbuslar” deyilən məsələ, demək olar ki, həll olundu.

Onların hamısı azadlığa buraxılmışdır. Hazırda onlar siyasi fəaliyyətlə məşğuldurlar. Odur ki, bu məsələdə Prezident kimi mənim mövqeyim birmənalıdır və məhz siyasi barışıq ab-havasının yaradılmasına yönəldilmişdir. Bəzən bizdə də dolaşıqlıq yaranır: milli həmrəylikdən danışırlar. Azərbaycanda milli həmrəylik var və 2003-cü ilin seçkiləri bunu sübut etdi. Bu gün iqtidara olan etimad kifayət qədər yüksəkdir və islahatları həyata keçirməyə imkan verir. Siyasi həmrəylik isə, təəssüf ki, hələ yoxdur. Çünki, indiyədək Azərbaycanda siyasi partiyalar və qüvvələr arasında, yumşaq desək, qərəzli münasibətlər mövcuddur. Dialoq, konstruktiv münasibətlər yoxdur.

Mən prezident seçkilərindən əvvəl də, sonra da bütün siyasi qüvvələri dəfələrlə dialoqa çağırmışam. Baxmayaraq ki, bizim partiyanın siyasi maraqları baxımından bu dialoq aktual deyil, çünki Yeni Azərbaycan Partiyası həm parlamentdə çoxluğa malikdir, həm də mən - onun nümayəndəsi Prezidentəm. Lakin hakimiyyətlə müxalifət arasında normal münasibətlər yaradılması baxımından bu, vacibdir. Biz qarşıdurma səhifəsini, keçmişin səhifəsini çevirməliyik. Yeri gəlmişkən, deyə bilərəm ki, bu gün Azərbaycanda özünü demokratik müxalifət kimi göstərməyə çalışan qüvvələr 1992-ci ildə ölkədə hərbi yolla hakimiyyəti devirmişdilər. Bu qüvvələr 1993-cü ildə azərbaycanlılara qarşı hərbi tədbir keçirərək, Gəncədə çoxlu sayda binanı topa tutmuşdular. Həmin qüvvələr bu gün özlərini demokrat kimi göstərmək istəyirlər. Ancaq tarix belə “demokratları” yaxşı tanıyır.

Lakin bununla belə, mən hesab edirəm ki, keçmişin bütün cinayətlərinə baxmayaraq, yekun vurmaq vaxtıdır. Biz kiçik dövlətik. Bizim ərazimizin Ermənistan tərəfindən işğal olunması, qaçqınlar, coğrafi-siyasi vəziyyət kimi problemlərimiz var. Heç kim üçün sirr deyil ki, regionda vəziyyət mürəkkəbdir. Bakıda oturub hansı tərəfə - şimala, cənuba, qərbə baxsan, hər yerdə münaqişədir. İraqda münaqişə, Azərbaycanın özündə münaqişə, Çeçenistanda münaqişə və s. Bir sözlə, regionda vəziyyət mürəkkəbdir. Əgər biz Azərbaycanda əmin-amanlığı, sülhü və davamlı inkişafı qoruyub saxlaya bilmişiksə, bu, təkcə bizim üçün deyil, həm də regional münasibətlər, o cümlədən qonşularımızla ikitərəfli münasibətlər üçün də vacibdir. Odur ki, ölkəmizdə sülh və təhlükəsizlik bizim üçün prioritet məsələdir.

İstərdik ki, siyasi planda da sülh olsun, ölkəmizdə siyasi fonda, siyasi müstəvidə təcavüzlər qurtarsın. Lakin bu, əlbəttə ki, təkcə bir tərəfdən asılı deyildir. Bunda siyasi prosesin bütün iştirakçılarının arzusu olmalıdır. Təəssüflə deməliyəm ki, biz bu istəyi hiss etmirik. Əksinə, konstruktiv dialoq yaratmaq üçün bizim göstərdiyimiz cəhdlər nəticəsiz qaldı. Mən bunu deməyə məcburam. Lakin, eyni zamanda, bu, əlbəttə ki, qarşımızda duran proqramları həyata keçirməkdə bizə mane ola bilməz və olmur. Bu proqramlar isə məhz təhlükəsizliyin möhkəmləndirilməsindən, sabitliyin, ictimai asayişin, iqtisadi yüksəlişin qorunub saxlanmasından, sosial problemlərin həllindən, əmək haqqının, pensiyaların artırılması və sairdən, habelə ölkəmizin dünya strukturlarına inteqrasiyasından ibarətdir. Bu baxımdan, düşünürəm ki, həmin istiqamətlərin hamısında planların yerinə yetirilməsi təmin olunarsa, habelə strateji tərəfdaşlarımızla və regiondakı dost dövlətlərlə münasibətlər inkişaf edərsə, ölkəmiz müvəffəqiyyət qazanacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb