RUSİYA İLƏ GÜRCÜSTAN ARASINDA HƏRBİ MÜNAQİŞƏ SOÇİ OLİMPİADASININ KEÇİRİLMƏSİNİ ŞÜBHƏ ALTINA SALIR
Beynəlxalq Olimpiya Komitəsi vəziyyətdən narahatdır. Olimpiya oyunlarının keçirilməsinin başlıca şərti təhlükəsizliyin təmin olunmasıdır. AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Qərb Rusiyanın bu vəzifənin öhdəsindən gələ bilməyəcəyindən ehtiyat edir. Beynəlxalq Olimpiya Komitəsində bildirmişlər ki, Cənubi Osetiyanın hüdudlarından kənara çıxan münaqişənin genişlənməsi narahatlıq doğurur. Qanlı döyüşlər və Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi Soçi Olimpiadasının keçirilməsinə mane ola bilər.
Soçinin Qərb sərhədində yerləşən tanınmamış Abxaziya Respublikasında vəziyyət getdikcə gərginləşir. Rusiya tərəfi əmin edir ki, hərbi əməliyyatlar Oyunların təşkilinə mane olmur. Bunu Olimpiadaya hazırlığa dair təşkilat komitəsinin başçısı Dmitri Çernışenko bildirmişdir. Onun sözlərinə görə, hərbi münaqişələr siyasətçilərin işidir. Çernışenko ümidvar olduğunu bildirmişdir ki, bütün problemlər Olimpiada başlananadək həll olunacaqdır. Lakin BOK-un nümayəndələri buna hələlik inanmırlar.
Bir qədər əvvəl Soçi Oimpiadasının keçirilməsinə ekoloqlar etirazlarını bildirmişlər. Onların fikrincə, olimpiya obyektlərinin tikintisi diyarın ekologiyasına ziyan vuracaqdır. Yerli əhali də oyunların keçirilməsindən narazıdır, çünki bir çox evlər sökülə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]