Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Ulduzcuq paradı” ədəbi-musiqili gecə keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 28-də Bakıdakı Rus Evində (RİMM) “Ulduzcuq paradı” ədəbi-musiqili gecə keçirilib. Tədbirdə Bakıdakı 74 nömrəli tam orta məktəbin nəzdindəki teatr studiyasının şagirdləri iştirak ediblər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin proqramında Yesenin, Lermontov, Puşkinın şeirləri səsləndirilib. Gənc artistlər tərəfindən A.P.Çexovun “Buqələmun” pyesi əsasında kamera tamaşası təqdim olunub.
Qeyd edək ki, tədbirin təşkilatçısı qismində Bakıdakı 74 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi İrina Əliyeva çıxış edib.