DÜNYA
Rusiya Mərkəzi Seçki Komissiyasının sədrinə basqın etmiş şəxs təqsirini boynuna alıb
Moskva, 9 sentyabr, AZƏRTAC
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilovaya basqın etmiş şəxs təqsirini boynuna alıb.
AZƏRTAC xəbər verir ki, Ella Panfilovaya evində basqın etmiş Baxıt Karabalayev təqsirini boynuna alıb və Rusiya Mərkəzi Seçki Komissiyası sədrinin evini oğurluq üçün təsadüfən seçdiyini etiraf edib. B.Karabalayev E.Panfilovanın evinin yaxınlığında qalırmış.
Xatırladaq ki, sentyabrın 6-da gecə Ella Panfilovanın Moskva vilayətinin İstra şəhər dairəsində yerləşən evinə basqın olmuşdu. Qarət məqsədilə pəncərədən evə girən maskalı şəxs Ella Panfilovanı bir neçə dəfə elektroşokla vuraraq qaçmışdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]